Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Turistlərin ən çox getdiyi ölkələr

 

Turistlərin ən çox getdiyi ölkələr
BMT-nin Ümumdünya Turizm Təşkilatı dünyada əcnəbilərin ən çox ziyarət və səfər etdikləri ölkələrin siyahısını tərtib edib.
Yenixeber.org: Reytinq cədvəlində birinci yerdə Fransa qərarlaşıb. Əcnəbilər xarici ölkələr sırasında daha çox Fransaya getməyə üstünlük verirlər. 2017-ci ildə Fransaya 86,9 milyon turist səfər edib. 

Siyahıda ikinci yer Aralıq dənizinin sahilində yerləşən İspaniyaya (81,8 milyon nəfər), üçüncü pillə isə ABŞ-a (75,9 milyon nəfər) məxsusdur. Reytin cədvəlinin digər pillələrində isə müvafiq olaraq Çin, İtaliya, Meksika, Birləşmiş Krallıq, Türkiyə, Almaniya və Tailand qərarlaşıb. 

Lakin bu sıralamada Fransa əcnəbilərin ən çox getdiyi ölkə olsa da, onların ən çox pul xərclədiyi yer deyil. Belə ki, ötən il turistlər ən çox ABŞ-da vəsait xərcləyib – 210,7 milyard dollar. Vətəndaşları qlobal turizm səyahətlərinə ən çox pul xərcləyən ölkə isə yenə də Çindir. 2017-ci ildə bu ölkənin vətəndaşları xarici turizm səfərləri üçün 257,7 milyard dollar xərcləyiblər. 

Turist axınının ən dinamik şəkildə artdığı ölkə isə Misirdir. Belə ki, 2017-ci ildə bu ölkəyə turist axını 55% çoxalıb. Turistlər arasında populyarlaşan ikinci ölkə Afrikadakı Qana, üçüncü isə Vyetnamdır. Qeyd edilir ki, son zamanlar bu ölkələrə əcnəbilərin marağı durmadan artır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam