Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

GÜRCÜSTANDA ƏMLAK VƏ VƏTƏNDAŞLIQ ALMAQ:"Avropa İttifaqına üzvlüyün bir addımlığında olan" ölkədə iranlıların bu arzusu qorxunc kabusa dönüb

“Cavan” qəzeti (İran)

 

Gürcüstan sərhədçilərinin qorxunc davranışları və maliyyə köçürmələri ilə bağlı maneələr Gürcüstanda əmlak alğı-satqısı arzusunda olan iranlılar üçün kabus halına gəlib.

Yenixeber.org: İranlı turistləri üçün viza rejimini ləğv etdikdən və Gürcüstanı əcnəbi turistlər üçün cazibədar bir məkana çevirdikdən sonra bir çox möhtəkirlər öz ölkəsinin inkişaf sürətləndirmək üçün yaşayış icazəsi almaq məqsədilə evlərini iranlılara satmağa başlayıb.

Mərkəzi Bankın mütəxəssisləri də hazırkı böhranın yaranmasının əsas səbəblərindən biri kimi qonşu dövlətdə əmlak alğı-satqısını və sərmayə axınını göstərir.

Həmin vaxt kapitalın Gürcüstana axını ölkə rəhbərlərinin əsas narahatlıqlarından biri idi və Gürcüstana qoyulan investisiyaların riskləri ilə bağlı bütün xəbərdarlıqlara baxmayaraq, əmlak satın alınması ilə xarici valyutanın ölkədən çıxarılması prosesini dayandıra bilmədi.

Gələcəkdə Avropa İttifaqına üzvlük, yaşayış (iqamət) izni ilə bağlı gözəl xülya Gürcüstanı iranlı investorlar üçün cazibədar hala gətirmişdi. Bununla yanaşı, peyk şəbəkələrindəki reklam, habelə sosial mənzil təminatına dair təbliğat xaricdə mülkiyyət alıcılarından düşüncə gücünü iki dəfə artırmışdı.

Maraqlıdır ki, Gürcüstan qanunvericiliyinə görə, əmlakın alınması vətəndaşlıq almaq hüququ yaratmır və yalnız bu sərmayə vasitəsilə ölkədə uzunmüddətli, yəni Gürcüstan vətəndaşlığına dair faktiki olaraq heç bir hüququ verməyən lisenziya daxil olmaqla, iqamət izni verir.

Kapitalın Gürcüstana axını ölkə rəhbərlərinin əsas narahatlıqlarından biri idi və Gürcüstana qoyulan investisiyaların riskləri ilə bağlı bütün xəbərdarlıqlara baxmayaraq, əmlak satın alınması ilə xarici valyutanın ölkədən çıxarılması prosesini dayandıra bilmədi

Bununla yanaşı, möhtəkirlər Gürcüstanda əmlak alıcılarını təşviq etmək üçün əmlak alğı-satqısını təşviq ediblər.

Bu yolla əmlak ilkin ödəniş yolu ilə təhvil verilib və 500 dollara qədər aylıq ödəniş aparılıb. Dilerlər İrandakı yüksək faiz dərəcələri nəzərə alıblar. Gürcüstandakı mülkiyyət alıcılarının İranda bütün mülklərini sata biləcəklərini və ödəşmənin dollarla yerli banklara aparılacağına vəd veriblər. Türkiyə və Kanadada, həmçinin iranlılar bu üsuldan istifadə ediblər.

Ancaq Gürcüstanda iqamətgah almaq arzusu kabusa dönüb.

Birləşmiş Ştatların nüvə sazişindən çıxması və ABŞ-ın Gürcüstana təzyiqindən sonra iranlıların hərəkətləri məhdudlaşdırılıb, məmurların davranışı bir anda dəyişib.

Buna görə də, Gürcüstandakı iranlı tacirlərin bank hesabı bloklanıb və bu ölkədə İran hesabı açmağa ciddi məhdudiyyətlər tətbiq edilib.

Bundan əlavə, Gürcüstanda mülk satın alan İran vətəndaşlarına səyahət icazələrinin verilməsi prosesi də dayandırılıb. Gürcüstana gedən iranlılar pis rəftarla ölkəyə qaytarılıb. Bunun ən bəd nəticəsi olaraq Tiflis hava limanında bir iranlı qadınının döyülməsidir.

“Gürcüstanın yeni hökuməti Amerikanın təzyiqi altındadır, niyyətləri iranlı aktivləri müsadirə etməkdir”

İddiaya görə, o, Gürcüstanda əmlak alğı-satqısı qurbanı olub. Tiflisdə onun ölkəyə daxil olma hüququ təmin edilməyib və hava limanında mübahisə yarandıqdan sonra qadın Türkiyəyə qaytarılıb.

Bütün bunlardan sonra Gürcüstanda iqamətgahı almaq arzusu artıq daşa dəyib. İndi qonşu ölkədə əmlak almaq istəyində olan iranlılar əmlaklarının hərracda satışının dayandırılması və bir hissəsinin qaytarılması üçün hökumətə üz tutub.

Maraqlıdır ki, bu insanlar hətta daha çox itkilərin qarşısını almaq belə istəmirlər.

Rəsmi Tiflisin qəribə davranışı onları narahat edir: “Gürcüstanın yeni hökuməti Amerikanın təzyiqi altındadır, niyyətləri iranlı aktivləri müsadirə etməkdir”.

Gürcüstan Fond Birjasında hələ də isti atmosfer var və iranlılara satdıqları əmlakı digər İran vətəndaşlarına baha qiymətə satmaq, yəni ciblərini bir qisim adamın cahilliyi hesabına doldurmaq istəyirlər.

Təəssüf ki, hələ də ölkədən Gürcüstana və Türkiyəyə kapital axını davam edir və fars dilli mətbuatı və sosial şəbəkələrdə hələ də xaricdə əmlak alğı-satqısı geniş təbliğ olunur.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam