Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

"Bələdiyyələr verginin yığılmasında çətinlik çəkirlər"

 

“Azərbaycanda əmlak vergisinin yığılmasında səlahiyyətli olan bələdiyyələrdir. Eyni zamanda Nazirlər Kabineti 2015-ci ilin mart ayında əmlak vergisinin zonalar üzrə tariflərini müəyyənləşdirdi. Tariflərə əsasən, əmlak vergisinin hesablanması həyata keçirilir”.

"Xeberinfo.com":   Məlumata görə, bunu Modern.az saytına iqtisadçı Vüqar Bayramov Azərbaycanda bu il yanvarın 1-dən etibarən əmlak vergisinə tətbiq edilən dəyişiklik barədə danışarkən deyib.

Ekspert verginin yığılma mexanizmindən danışarkən hələlik bu sahədə hansısa nailiyyətdən danışmaq tezdir: “Əmlak vergisi ildə bir dəfə ödənilir, bütün əmlaka şamil olunur. Bizim apardığımız monitorinqlər onu göstərir ki, bələdiyyələr artıq evlərdə əmlak vergisinin icbari şəkildə hesablayaraq bidirişlər verirlər. Təqdim olunmuş bildirişlər  əsasında ödənişlərin həyata keçirilməsinə başlanılıb. Hələlik proses yeni başladığı üçün indiki məqamda böyük miqdarda əmlak vergisinin yığıldığını demək düzgün olmaz. 2015-ci ilin sonlarına doğru bu barədə rəy vermək mümkün olacaq. Hələlik proses bildirişlərin paylanması mərhələsindədir”.

Ekspert həmçinin nəzərdə tutulan əmlak vergisinin yığılacağına əmin olmadığını da vurğulayıb: “Bildiyiniz kimi, əmlak vergisinin yığılmasında bələdiyyələr məsuldur. Hazırda bələdiyyələrdə verginin yığılması ilə bağlı şəbəkə formalaşdırılır. Eyni zamanda əmlak vergisini ödəməyənlərə qarşı tətbiq ediləcək cəzalar praktik olaraq müəyyənləşdirilməyib. Bu kimi hallarda bələdiyyələr kommunal xidmətlərin həyata keçirilməsini dayandıra bilər, amma nəzərə almaq lazımdır ki, bu xidmətlər bələdiyyələr tərəfindən deyil, dövlət və özəl şirkətlər tərəfindən həyata keçirilir”.

V.Bayramov qeyd edib ki, bütün hallarda vergi məcburidir. Eyni zamanda əmlak vergisinin yığılması ilə bağlı tətbiq ediləcək cəza mexanizmlərinin sərtləşdirilməli olduğunu bildirib: “İndiki halda bələdiyyələr verginin yığılmasında çətinlik çəkirlər. Təəssüf ki, bu sahədə boşluq qalmaqdadır”.

2015-ci il yanvar ayının 1-dən tətbiq edilən qərara əsasən, əmlakın 30 m²-dək olan hissəsi vergidən azaddır.  Dəyişiklikdən əvvəl əmlakın 5000 manatadək olan hissəsi vergidən azad idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam