Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İcra başçısından prezidentə şikayət

 

           Bu ölkədə məmurlar «təmənna»sız heç nə etmir

    "Xeberinfo.com": Sumqayıt şəhər sakini, Qarağab Müharibəsi veteranı Ağaməmmədov Mübariz Idris oğlu “Azadlıq”ın elektron poçtu vasitəsilə ölkə başçısı Ilham Əliyevə müraciət edərək bildirir ki, illərdir sənədləri qaydasında olmasına baxmayaraq torpaq sahəsini sənədləşdirə bilmir. O, Sumqayıt şəhər IH, Şəhər Memarlıq Idarəsi və Bələdiyyənin süründürməçiliyinə məruz qalıb. 

“Cənab prezident, ”Azadlıq" qəzeti vasitəsi ilə Sizə müraciət edirəm. Sizə onlarla şikayət ərizəsi yazıb göndərmişəm. Təəssüflər olsun ki, şikayətimə baxılmayıb, Sumqayıt IH-dən mənə başaldadıcı cavablar verilib. Sizdən bu yazıda işıqlandırılan şikayətimi oxumağınızı xahiş edirəm. 

1994-cü ildə Sumqayıt şəhər IH Qarabağ Veteranları Birliyinə Sumqayıt şəhər 1 saylı çörək zavoduna yaxın ərazidə 100 m2 sahəsi olan torpaq sahəsi ayırıb. Qarabağ Veteranları Birliyinin Idarə heyəti və Sədrlər şurasının razılığına əsasən, Sumqayıt şəhər IH başçısı E.Əzizova həmin torpaq sahəsinin mənim adıma özəlləşdirilməsinə dair məktub göndərilib. 

baxmayaraq, məsələ həllini tapmadı. Adamda belə bir təsəvvür yaranır ki, “gözü kölgəlilik” baxımından bu ölkədə heç kim özündən yuxarıların tapşırığını yerinə yetirmir. Bu uzun süründürməçilikdən sonra mən məcburiyyət qarşısında qalaraq Sizə, Mehriban Əliyevaya dəfələrlə şikayət ərizəsi yazmışam. 

Sumqayıtdakı süründürməçilikdən bezərək PA-da Zeynal Nağdəliyevin qəbulunda oldum. O mənə bildirdi ki, biz tapşırıq verərik. E.Əzizov problemi yoluna qoyar. Prezident Administrasiyasından Sumqayıt şəhər IH-ə problemin həlli ilə bağlı tapşırıq verilmişdir. Sumqayıt IH-ə göndərilən məktubun bir surəti də mənə verilib. Buna baxmayaraq yenə də Qarabağ Veteranları Birliyinin öz tərəfindən mənim adıma vermiş olduğu torpaq sahəsini sənədləşdirə bilmirəm. Uzun illərdir ki, xəstəyəm. Səngər həyatı səhhətimdə dərin izlər qoyub. Bu yaxınlarda, həkim müayinəsindən keçərkən məlum oldu ki, xroniki böyrək xəstəliyinə düçar olmuşam. Bir böyrəyim funksiyasını itirmək üzrədir. Imkansızlıqdan müalicə oluna bilmirəm. Maddi vəziyyətimlə əlaqədar üz tutacaq kimsəm yoxdur. 

Işsizəm, 2 övladım və ailəmlə birgə valideyn himayəsində yaşayıram. Həmin torpaq sahəsini sənədləşdirə bilsəm, maddi vəziyyətimi yoluna qoya bilərəm. 3 il Qarabağ döyüşlərində olmuşam. Təsəvvür etmirdim ki, dövlət məmurları mənə qarşı belə laqeyd olsun".

Ağaməmmədov sonuncu dəfə Prezidentə yazdığı ərizəni PA-dan yenə də icra başçısı Eldar Əzizova göndərildiyini bildirir. 

Ötür-ötür oyunu davam edir

Sumqayıt IH tədbir görmək əvəzinə onun ərizəsinə baxılması üçün Sumqayıt şəhər Memarlıq Idarəsinə göndərib. Mübariz Ağaməmmədov ərizəsinin sorağı ilə şəhər Memarlıq Idarəsinə üz tutub. Ona bildirilib ki, ərizəsinə baxılması üçün Sumqayıt şəhər Bələdiyyəsinə göndərilib. Şikayətçi şəhər Bələdiyyəsinə gedərək onun ərizəsinə verilmiş cavabı alsa da, cavab onu məyus edib. Şəhər bələdiyyəsinin məktubunda bildirilir: “Hazırda Sumqayıt Şəhər Bələdiyyəsinin torpaq fondunda ”sərbəst" torpaq sahələri mövcud olmadığından Sizin müraciətinizin müsbət həlli Sumqayıt Bələdiyyəsinin imkanı xaricindədir".

Bu, absurd bir cavabdır. Sumqayıt Qarabağ Veteranları Birliyinə ayrılmış sahə hələ də tam sərbəstdir. Çox güman ki, iştahlarından həmin sahəni satmaq keçir. Bələdiyyə səlahiyyətsiz bir qrum olduğundan onun funksiyasını IH ələ keçirib. Buna görə də məsələ Sumqayıt IH-də həll olunmalıdır. Məsələnin də həlli üçün “təmənna” güdülür. 

Şikayətçi daha sonra bildirir ki, Sumqayıt şəhəri 11-ci mkrn-da yerləşən qaraj və avtomobil təmiri sexləri dağıdılaraq sakinlərin əlindən alınır. Əldə etdiyimiz məlumata görə, həmin ərazidə Sumqayıt IH torpağın bir sotunu 10-15 min manata satır. 

Əlində sənədləri olmasına baxmayaraq, Qarabağ Veteranı ona Qarabağ Veteranları Birliyindən verilmiş torpaq sahəsini özəlləşdirə bilmir. Səbəb kimi böyük məbləğdə pulunun olmamasını bildirir. Qarabağ Veteranı “Azadlıq” vasitəsilə ölkə başçısı Ilham Əliyevdən tələb edir ki, onun sənədlərinin qaydaya salınması üçün E.Əzizova göstəriş versin.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam