Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AAAF PARK-ın rəhbəri sabiq millət vəkilini ölümlə hədələdi

 

"AAAF PARK yaşayış kompleksində vəziyyət çox gərgindir. Dünən yənə sakinlər yola çıxaraq onu bağlamağa cəhd edib. Səbəb isə şəhərciyə hələ də qaz və istiliyin verilməməsidir. Komleksin rəhbərliyi isə müxtəlif bəhanələrlə sakinlərdən gizlənir". 

Yenixeber.org: Bu fikrləri sabiq millət vəkili Etibar Hüseynov şəxsi Facebook səhifəsində yazıb. Keçmiş deputat daha sonra qeyd edib ki, AAAF PARK-ın prezidenti Tofiq Heydərov qoçu dəstəsi saxlayaraq insanları təhdid edir və qorxudur:

 

"10 gündən sonra dekabr ayıdır. Amma insanlar qaz və istiliklə hələ də temin olunmayıblar. Səbəb isə AAAF-a, yani 30 mindən çox insanın taleyinə bu işdə heç bir təcrübəsi və savadı olmayan, dəfələrlə dələduzluq əməllərinə görə məsuliyyətə cəlb olunmuş Tofiq Heyderov kimi uğursuz bir idmançının sahib çıxmasıdır. Adam mühafizə adı altında qoçu dəstəsi saxlayır, etiraz edən sakinləri hədələyir. Dünən jurnalist Tamilla Qulaminin statusuna yazdığım kommentə görə mənə də telefon açıb, öldürəcəyi ilə hədələdi. Bu barədə DİN naziri Ramil Usubova məlumat vermişəm. Yəqin ki, bu adam haqda ciddi ölçü götürüləcək".(demokrat.az) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam