Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Cocuq Mərcanlıda daha 40 ailə özünəməşğulluq proqramına cəlb ediləcək- FOTO

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində özünəməşğulluq proqramına cəlb edilən şəxslərlə görüş keçirib.

Yenixeber.org: S.Babayev özünəməşğulluq proqramı çərçivəsində mal və materiallarla təmin olunmaqla kiçik ailə təsərrüfatları yaratmış sakinlərlə görüşüb.

Görüşdən əvvəl nazir S.Babayev və Cəbrayil Rayon İcra Hakimiyyətinin başçısı Kamal Abdullayev qəsəbədə "Aprel şəhidlərinə xatirə" abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Nazir bildirib ki, qəsəbədə əhalinin məşğulluğunun təmin olunması işləri aparılır: "Sakinlərin bir çoxu burada yaradılan müəssisələrdə işlə təmin olunub. Habelə onların kənd təsərrüfatının ayrı-ayrı sahələrində, verilmiş pay torpaqlarında çalışmaları üçün lazımi dəstək göstərilib. Prezident İlham Əliyevin tapşırığına əsasən icra olunan özünəməşğulluq proqramının Cocuq Mərcanlı əhalisini də əhatə etməsi üçün müvafiq işlər aparılıb. Qəsəbə sakinlərindən potensialları olan 25 nəfər seçilərək özünəməşğulluq proqramına cəlb edilib. Proqram çərçivəsində onlardan 23 nəfərinə heyvandarlıq üzrə kiçik ailə təsərrüfatları yaratmaq üçün mal-qara verilib. Daha iki nəfər isə istehsalat yönümlü ailə təsərrüfatlarını qurması üçün yaxın vaxtlarda zəruri avadanlıqla təminatı həyata keçiriləcək. Qarşıdakı dövürdə bu qəsəbədə daha 40 ailə özünəməşğulluq proqramına cəlb ediləcək".

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam