Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanlı hacıların səhhətində problem yaranıb-Məkkədə

 

Məkkədə azərbaycanlı hacıların səhhətində problem yaranıb
“Həcc ziyarətinin bütün əməlləri yerinə yetirilib və azərbaycanlı hacılar avqustun 23-də Minadan Məkkəyə qayıdıb".
 Yenixeber.org: Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul nümayəndəsi, hazırda Səudiyyə Ərəbistanında olan Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev deyib.

Onun sözlərinə görə, azərbaycanlı hacılar avqustun 29-na kimi Məkkədə qalacaq və gündəlik namazları qılacaqlar.

H.Babayev bildirib ki, hazırda azərbaycanlılar arasında ağır xəstə yoxdur: “Sadəcə, insanlar arasında bir az soyuqdəymə halları qeydə alınıb. Bu da təbiidir. Hətta özüm də soyuqlamışam. Çünki isti havaya çıxıb hotelə geri qayıdanda soyuq su içir və kondisionerli otaqda oluruq. Ümumilikdə isə hər şey qaydasındadır. Hər kəsin əhval ruhiyyəsi yaxşıdır”.

QMİ rəsmisi vurğulayıb ki, azərbaycanlı hacılar avqustun 29-dan etibarən Mədinəyə yola düşəcək: “Sentyabrın 1-də isə üç reys olmaqla Bakıya geri dönüşlər həyata keçiriləcək”.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb və qiymət 4150 dollar müəyyən edilib. Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedən zəvvarlar əlavə 535 dollar ödəyiblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam