Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Şeyxə və idarəsinə qarşı ağır ittiham: “Həcc ziyarətini biznesə çevirib...”

Şeyxə və idarəsinə qarşı ağır ittiham: “Həcc ziyarətini biznesə çevirib...”

 

“Qafqaz Müsəlmanları İdarəsi (QMi) üçün həc ziyarətinin təşkili bir biznesdir". 

Xeberinfo.com:  Bu sözləri Savash. org-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyevin "həcc bir biznesdir" iddiasına münasibət bildirərkən ilahiyyatçı Elşad Miri deyib. Onun sözlərinə görə, QMİ-nin məqsədi savab qazanmaq yox, pul qazanmaqdır: 

"Biznesi dinlə əlaqələndirirlər. Ona görə də, bunu din biznesi, bunu təşkil edənləri isə din biznesmenləri adlandırırlar. Faktiki olaraq məsələ budur. Əlbəttə, R.Əliyev komitənin ilk sədri olub. QMİ onu ziyarətin təşkili məsələlərindən uzaqlaşdırıb. Ona görə də, QMİ ilə Komitə arasında həmişə dava-dalaş olub. Həmin qarşıdurma indiyə qədər də davam edir". 

Elşad Miri Həcc zitaətinin qiymətlərindən də gileylənib: "Qiymətlər hədsiz dərəcədə artırılıb. Qurumun məlumatına görə, guya ötən illə müqayisədə 1000 dollar ucuzlaşdırıblar. Görün, üstünə nə qədər xeyir qoyurlar ki, 1000 dollar azaltsalar belə, yenə də qazanc götürürlər. Dünyada ən bahalı həcc ziayərətini Azərbaycanda QMİ təşkil edir. Bu azmış kimi üstəlik təşkilatçılığı da ürəkaçan deyil. Ora gedib gələnlər təşkilatçılıqdan həmişə gileylənirlər. Təssüflər olsun ki, QMİ-də həm qiymət, həm təşkilatçılıq, həm də digər məsələlər üsrəkaçan deyil". 

Qeyd edək ki, Rafiq Əliyev Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Həcc üçün təyin etdiyi qiymətlərin baha olmasını və Azərbaycanda Həcc ziyarətinin sırf biznesə çevrildiyini bildirib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam