Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Vaqif Abdullayev vətəndaşı təhqir etdi-səyyar qəbulda gərgin anlar

 

Vaqif Abdullayev vətəndaşı təhqir etdi-



Beyləqan rayonunun icra başçısı Vaqif Abdullayevin 16.08.2018-ci tarixində Əlnəzərli kəndində keçirdiyi səyyar qəbul zamanı gərgin anlar yaşanıb.



Yenixeber.org: Bu barədə məlumatı Azinforum.az-a həmin rayondakı mənbələr verib. Onların sözlərinə görə, belə qəbullar bütün rayonlarda keçirilir və məqsəd kənd sakinlərinin problemlərini dinləmək, ortaya çıxan məsələləri operativ şəkildə həll etməkdən ibarətdir:

“Ancaq rayonun icra başçısı dərdini söyləyən vətəndaşlarla kobud rəftar edib ki, bu da ciddi qarşıdurmaya səbəb olub. Belə ki, kənd sakini Azər Əliyev problemini söyləyərkən Vaqif Abdullayev onun ünvanına naliyiq ifadə işlədib. Buna Azər Əliyevin adekvat cavab verməsi başçını lap özündən çıxarıb və o, polis rəisinə Azəri həbs etməyə dair göstəriş verib. Sonra anlayıb ki, səyyar qəbul zamanı belə hadisənin baş verməsi onun öz reputasiyasına mənfi təsir edə bilər. Buna görə də, polis rəisinə “dərinə getməməyi” tapşırıb”.

Qeyd edək ki, Beyləqan rayonunda icra başçısı ilə vətəndaşlar arasındakı münasibətlərin həttə əlbəyaxa dava həddinə çatmasına dair indiyə kimi KİV-lərdə kifayət qədər məlumatlar yayılıb. Əlnəzərli kəndində yaşanan insidenti aydınlaşdırmaq üçün rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq, lakin heç kim bu məsələni şərh etmək istəmədi.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam