Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Arif Rəhimzadə etiraz etdi:“Xalq düşməni deyilik”

Arif Rəhimzadə etiraz etdi: “Xalq düşməni deyilik”
“Burada belə fikirlər səsləndirildi ki, sovet dövründə işləmiş bəzi şəxslərin adına olan kəndlərdə dəyişiklik edilsin. Sovet dövründə xidməti olan insanların adına kənd olması qəbahət deyil. Biz də sovet dövründə işləmişik, xalq düşməni deyilik”
Yenixeber.org: Bunu Milli Məclisinin (MM) Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında 15 rayonunun kəndlərinin adlarının dəyişdirilməsini nəzərdə tutan layihənin müzakirəsi zamanı komitə sədri Arif Rəhimzadə deyib.

O, bildirib ki, Xanlar Səfərəliyevin şərəfinə, xatirəsinə hörmət əlaməti olaraq, sovetlər dövründə "Xanlar" adlı bölgə, kənd adları olub. "İndi o kommunist olduğu üçün onun adını daşıyan kəndin adı dəyişməlidir? Bu, nə yanaşmadır? Bu məsələyə diqqətlə yanaşmaq lazımdır".

Komitə sədri bildirib ki, Göygöl rayonunun Mixaylovka kəndinin adının dəyişdirilməsini təklif edirlər.
“Deyirlər ki, orada ruslar yaşamır. Amma bu, tarixdir axı. 1845-ci ildə Azərbaycan Rusiyanın tərkibində olanda rusları bu kəndə sürgün ediblər. Onlar öz xoşu ilə gəlməyiblər ki? Bundan başqa, hansısa kəndə Çəmənli adının verilməsini təklif edirlər. Bunun hansı tarixi əsası var? Mixayılovka deyəndə isə uşaqlar üçün bir dərs kimi yadda qalır. Hesab edirəm ki, bütün adları dəyişmək olmaz”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam