Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bəs nazirlik hara baxır?” -Komitə sədri Ədliyyə Nazirliyini “vurdu”

 

Milli Məclisin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında müzakirə başlanıb.

Xeberinfo.com:  Məlumata  görə, parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi illik məruzəyə münasibət bildirib.

Deputat illik məruzə ilə bağlı təkliflərin verildiyini, bəzi tənqidlərin olduğunu xatırladıb:

“Amma həmin təkliflərin və tənqidlərin biri də bu məruzədə əksini tapmayıb. Belə olmaz. Bəs, Komitə iclasını niyə keçirirdik?”.

Arif Rəhimzadə qeyd edib ki, bələdiyyələrin inkişafını təmin etmək lazımdır və məhkəmə qərarları icra olunmalıdır.


Komitə sədri məruzə ətrafında danışmaq istəmədiyini vurğulayıb: “Amma Vilayət müəllimin çıxışı məni danışmağa məcbur etdi. Komitə iclasında söylənilənlərin heç biri çıxışda yer almayıb. Bu formal münasibətdir, belə etmək olmaz. Komitədə iclasında danışılanlar müzakirə predmeti olmağa dəymirsə, onda biz komitəni niyə keçiririk ki? Keçirməyək o zaman”. 


A.Rəhimzadə subvensiya və dotasiya məsələsinə toxunub. O qeyd edib ki, dotasiyanı verirlər, nə istəyirsən et, amma həmin dotasiyanın çoxu heç bələdiyyələrə çatmır: 

“Burada başqa hallar da var. Amma subvensiya birbaşa məqsədlidir. Çox təəssüflər olsun ki, bununla bağlı məruzədə heç nə deyilmədi. 70-yə yaxın kənd bələdiyyəsi nazirliyə layihə təqdim edib, amma qəbul edilməyib. Azərbaycanda Ədliyyə Nazirliyindən başqa bələdiyyələrlə məşğul olan başqa qurum varmı? O zaman nazirlik hara baxır?”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam