Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sürücüləri çaşdıran işıqfor:cərimə yazıla bilərmi?

Sürücüləri çaşdıran işıqfor:

 

 

Nizami rayonu, Qara Qarayev prospektində 2 işıqfordakı rəqəmli tablolar bir müddətdir sürücülərdə çaşqınlıq yaradır

 

Yenixeber.org: Bu barədə məlumat verən sürücülər bildiriblər ki, rəqəmli işıqforlarda geri sayım 1-ə qədər öz axarı ilə gedir, 1-ə çatandan sonra isə yaşıl işığın yanması üçün növbəti rəqəmlər gəlmir. Arada əlavə olaraq 4-5 saniyə fasilə yaranır və daha sonra işıqforun növbəti rəqəmləri görünür.

Bu isə sürücülərdə çaşqınlıq yaradır. Bir çox sürücü qırmızı işığın sonuncu 1 rəqəmindən sonra dərhal sıfıra keçəcəyini düşünüb hərəkətə başlayır. Qırmızı işıq isə yaşıla keçmir. Belə olduğu məqamda sürücülər yanlışlığa yol verir. Faktiki olaraq işıqforun normal qaydada işləməməsi sürücüləri qayda pozmağa məcbur edir.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən hüquqşünas, yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, bu həmin işıqforun mexanizmində olan səhvlik və problemlə əlaqədar ola bilər. Hüquqşünas təklif edir ki, bu halla qarşılaşmış sürücülər Dövlət Yol Polisi İdarəsinə müraciət etsinlər. Problem dərhal həll ediləcək.

Ə.Hüseynov bildirib ki, belə məqamlarda rəqəmli işıqforun rəqəmlərinə deyil, rənglərinə diqqət edilməlidir:

“Geriyə sayım rəqəmlərinə deyil, işıqforun əsas işıq bölmələrinə baxılmalıdır. İşıqforun 3 işığı var – qırmızı, yaşıl, sarı. Yaşıl işıq yanıbsa, avtomobil irəliləməlidir. Qırmızı işıq yanıbsa, durmalıdır. Rəqəmlərdə texniki problem, gecikmə ola bilər. Sürücü rəqəmə deyil, rənglərə baxsın. Əgər yaşıl işıq yanmayıbsa və sürücü hərəkət edirsə, bu, açıq-aşkar qayda pozuntusudur. Cərimə yazıla bilər”.

Hüquqşünas bildirib ki, rəqəm yansa da, yanmasa da, donub qalsa da yolda hərəkəti işıqforun rəngləri tənzimləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam