Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Ermənistanda tətil başladı -işğalçı ölkənin hakimiyyəti xalqla üz-üzə

İrəvanda gərginlik artdığı bir vaxtda Qarabağla bağlı nazirlərin  görüşünün təşkili nəyə xidmət edir?

Yenixeber.org: “Lavrovun bu açıqlamalarına ehtiyatlı yanaşmağın tərəfdarıyam. Çünki təmas xətti boyunca hadisələrin sakitləşdirilməsi, atəşkəs rejiminə əməl edilməsi haqqında Lavrovun fikirləri, bir növ, münaqişənin dondurulması istiqamətində atılmalı olan addımlara bənzəyir”.

Bu sözləri  politoloq Qabil Hüseynli Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasına münasibət bildirərkən deyib. O qeyd edib ki, sanki Lavrov Ermənistanda keçirilməsi nəzərdə tutulan prezident seçkiləri üçün daha əlverişli şəraitin yaradılmasını istəyir: “O, bununla da cəbhədə tam sakitlik olmasını arzulayır. Doğrudur, Lavrov açıqlamasında cəbhə boyunca atəşkəs rejiminə əməl edilməsinin sülh proseslərinə keçmək üçün şərait hazırladığını da bildirib. Amma maraqlısı budur ki, bundan əvvəl Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyan da buna bənzər fikir söyləmişdi. O, Ermənistan tərəfinin sülhyaratma prosesini yenidən işə salmaq üçün hansısa təkliflər hazırladığını və bu təkliflərin sülhyaratma prosesinə təkan verə biləcəyini iddia etmişdi. Lavrovla Nalbəndyanın sözlərinin üst-üstə düşməsi onu göstərir ki, onların hər ikisi də cəbhədə sakitliyə nail olmaq istəyir və yeni müharibə təhlükəsinin qarşısını almağa çalışır. Amma irəli sürüləcək yeni təkliflər haqqında hələ ki məlumat yoxdur”.

Qabil Hüseynli ile ilgili görsel sonucu

Politoloq Axar.az-a Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın 18-də baş tutması gözlənilən görüşü haqda da danışıb: “Bu görüş zamanı bir sıra təkliflərin müzakirəsi gözlənilir. Çox inanmaq istərdik ki, Ermənistan bu məsələdə səmimidir. Rusiya da səmimi surətdə sülhyaratma prosesini dəstəkləyir. Xarici işlər nazirlərinin görüşündə Ermənistan tərəfinin sülhyaratma prosesində dönüş əmələ gətirə biləcək təkliflər irəli sürməsini arzulayardıq. Ancaq hər dəfə danışıqlar prosesi Ermənistanın təqsiri üzündən mənasız bir toplantıya çevrilir. Lakin bu dəfə artıq Moskvanın da münaqişənin həlli üçün siyasi iradə ortaya qoyduğu hiss olunur. Ermənistan isə çox inamlı şəkildə yeni təkliflərin Azərbaycan tərəfindən çox rəğbətlə qarşılanacağını iddia edir”.

Elmar Məmmədyarov ile ilgili görsel sonucu

Qeyd edək ki, Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 18-də Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək. Azərbaycan XİN-dən APA-ya verilən məlumata görə, görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

Bəzi müşahidəçilər hesab edir ki, əslində bu görüş son zamanlar yenidən təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlıdır. Belə ki, 2018-ci ildə həm Rusiya, həm Azərbaycan, həm də Ermənistanda prezident seçkilərinin keçirilməsini nəzərə alan beynəlxalq qurumlar Qarabağ cəbhəsində status-kvonun qorunmasına çalışırlar.

Politoloq Arzu Nağıyev ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, bu görüşün keçirilməsi məhz ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə həyata keçirilir: “Həmsədrlərin təmsil etdiyi dövlətlərin mövqeyinə gəldikdə istər ABŞ, istərsə Fransa münaqişənin həllində açar fiqur kimi Rusiyanı görürlər. Hətta Rusiyada seçkilər ili olduğu üçün bu məsələnin uzanmasının seçkilərin gedişinə müsbət təsir etməyəcəyini qabartmağa çalışırlar. Baxmayaraq ki, Rusiya siyasətçiləri hər hansı bir irəliləyişin olacağı haqqında anonslar verirlər, bu həm də inandırıcı görünmür. Çünki Ermənistanda seçki ilidir və əsas amil kimi Dağlıq Qarabaş münaqişəsindən istifadə ediləcək. Bu, demək olar ki, Sərkisyanın separatçılara verdiyi ”müstəqillik “ sözü ilə bağlıdır. Buna isə Azərbaycan tərəfi getməyəcək. Çünki bütün beynəlxalq norma və qanunlara əməl etməyə hazır olan Azərbaycan diktə edən tərəf kimi Ermənistandan atacağı addımları gözləyir. Bu danışıqlar da əvvəlkilər kimi danışıq naminə olacaqsa, ölkə başçılarının görüşü baş tutmaya bilər”.

Sergey Lavrov ile ilgili görsel sonucu

Rusiya XİN başçısı Sergey Lavrovun ənənəvi mətbuat konfransında Qarabağ məsələsini Azərbaycan və Ermənistanın öz aralarında həll etməli olduğunu deməsi isə “Qarabağın açarı”nın Moskvada olduğu barədə illüziyalara son qoyur. A.Nağıyevin fikrincə, Rusiyanın da verdiyi bəyanatlar məhz bununla bağlıdır ki, öz üzərindən məsuliyyəti atır.

Ermənistanda tətil ile ilgili görsel sonucu

İşğalçı Ermənistan daxilində seçkiqabağı gərginliyin isə Azərbaycan üçün hərbi əməliyyatlara başlamaq üçün şans yarada biləcəyi barədə ehtimallar olsa da, mütəxəssislər bu məsələdə ehtiyatlı olmağı zəruri sayır. Hesab olunur ki, Azərbaycanın hücuma keçməsi Qarabağ klanının mövqelərini gücləndirə və Sərkisyan üçün göydəndüşmə fürsət yarada bilər. Yanvarın 16-da İrəvanda marşrut sürücüləri tətil elan edərək nəqliyyatın hərəkətini iflic ediblər. Yanvarın 19-da isə Ermənistan paytaxtında yürüş keçiriləcək. Parlamentdə xalqın küçəyə çağıranlar da olub. Hətta işğalçı ölkədə üsyanın yetişdiyi deyilir. Lakin son anda Rusiyanın necə davranacağı sual doğurur. Hesab etmək olar ki, bu ərəfədə Qarabağla bağlı nazirlərin növbəti görüşünün təşkil olunması müharibə alovunun söndürülməsinə xidmət edir. A.Nağıyev bu fikirdədir ki, Ermənistandakı seçkilərdə Sərkisyanın qalib gəlməsi Rusiyanı qane edir: “Lakin Qərbi qane etmir, eyni zamanda ictimai rəy də Rusiyanın əleyhinədir. Buna görə də Lavrov belə bəyanat verir. Bu isə münaqişənin hərbi yolla həlli məsələsini gündəmə gətirə bilər. Zənnimcə, regionda müharibə ocağının yenidən alovlanması və bunun qorxulu fəsadları tək Rusiya üçün deyil, ümumiyyətlə, digər supergüclər üçün də bir siqnal olmalıdır və Ermənistana qarşı təzyiq mexanizmini hazırlamalı və hətta BMT -nin qətnamələri də daxil olmaqla həyata keçirmək üçün müvafiq addımlar atmalıdırlar”.(müsavat)

E.PAŞASOY


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam