Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Oliqarx" əməliyyatı:67 malikanə, onlarla superkar, 4 yaxta, bütöv cəbbəxana…



İspaniyada üç ay əvvəl həyata keçirilən əməliyyat zamanı həbs olunan “rus mafiyası”nın üzvlərinin işi güclü vəkillər komandasının hazırladığı taktika ilə dağıla bilər. Söhbət on milyonlarla avro çirkli pulların yuyulmasında ittiham olunan, dağıdıcı silahlardan ibarət cəbbəxanaya malik mafiozların işindən gedir. Bunlar “İzmaylovsk” və “Solntsevsk” mütəşəkkil cinayətkar qruplaşmalarının üzvləri hesab edilən rusiyalı biznesmenlər və oliqarxlardır.

Yenixeber.org: Xəbər verilir ki, hazırda Malaqa əyalətinin Alhaurin-de-la-Torre şəhərindəki həbsxanasında İspaniya Mülki Qvardiyasının 2017-ci ilin  sentyabrında keçirdiyi “Oliqarx” kod adlı əməliyyatı zamanı həbs olunan 11 rusiyalıdan dördü şübhəli şəxs qismində saxlanılır. Bunlar - "Marbelya" futbol klubunun prezidenti Aleksandr Qrinberq,  Mixasdakı “Aguas Sierra de Mijas” su istehsalı zavodunun əsas səhmdarı Oleq Kuznetsov, həmin müəssisənin direktoru Serqey Dojdev və  Rusiyada yaşayan,  “Solntsevks” cinayətkar qruplaşmasının liderlərindən biri hesab edilən,  Tamm soyadı ilə məşhur olan Arnold Arnoldoviç Spivakovskidir. Həmin Şpivakovski ki, uzun illərdir Rusiyanın maliyyə-investisiya nəhəngi “Sistem”in top-menecerlərindən biridir.

 

Rusiyalı qanqsterlə əlaqələr

İspaniya Mülki Qvardiyasının əməkdaşları A.Spivakovsini Kosta-del-Sol istirahət mərkəzində həbs ediblər. Yerli KİV-lərdə A.Spivakovski “nə vaxtsa İspaniyada saxlanılan ən əhəmiyyətli rus mafiozu”  adlandırılıb. Onun cinayətkar aləmdə məşhur olan, İnterpol xətti ilə axtarılan, müasir qərb dünyasının gözündə Rusiya qanqsteri sayılan mafiya lideri Semyon Moqilyeviçlə sıx əlaqələri olması barədə məlumatlar var.

İspaniyanın Mülki Qvardiyası seriya həbslərin  növbəti günü bu əməliyyatla bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, çirkli pulların yuyulması və digər cinayətlərdə iştirak edən mütəşəkkil qrupun fəaliyyətinə son qoyulub. Əməliyyat zamanı hər birinin dəyəri 300 min avro olan 28 avtomobil, külli miqdarda qiymətli əşyalar, yüz minlərlə avro pul, sənədlər götürülüb. Hüquq-mühafizə orqanları  saxlanılanlara aid 67 malikanəyə və 100 -dən çox bank hesablarına həbs qoyublar. Bundan başqa 4 yaxta və 250 min avro nagd pul da müsadirə olunub.

Silah-sursat arsenalı

İspaniya Mülki Qvardiyasının məlumatında şübhəli şəxslərin mənzillərindən aşkarlanan odlu silah arsenalı xüsusi yer alırdı. “Rus mafiyası”nın İspaniyadakı malikanələrindən birində divara bərkidilmiş tapança-pulemyotlar, snayper tüfəngləri, avtomatlarla dolu silah otağının video və fotoları İspaniya ilə yanaşı bütün dünya KİV-də yayımlanıb. Silah-sursatların İspaniya ərazisində hər hansı bir cinayətdə törədilməsinin yoxlanılması məqsədilə ballistik ekspertizasına göndərildiyi bildirilir.

“Oliqarx” əməliyyatında Qərb tendensiyası?

Ötən il sentyabrın 28-də yuxarıda adları çəkilən üç fiqur Marbeli məhkəməsi tərəfindən dəmir barmaqlıqlar arxasına yola salındı. Mətbuatın yazdığına görə, “Solntsevsk” qruplaşmasının lideri, “Mixas” ləqəbli rusiyalı sahibkar  Serqey Mixaylov həbslərin ertəsi gün baş verənləri şərh edib. O, A.Spivakovskinin və daha 10 rusiyalının saxlanıldığı “Oliqarx” əməliyyatını  “rusları və onlarla bağlı hər şeyi məhv etməyə yönəlmiş qərb tendensiyası”adlandırıb. “Mixas”  həmçinin əminliklə ittihamların əsassız olduğunu və Spivakovskinin tez bir zamanda azadlığa çıxacağını da bildirib.

“El Espanol” nəşrinin yazdığına görə, Spivakovskinin vəkilləri heç bir əsas olmadan "ən böyük Rusiya şirkətlərindən birinin hörmətli top-meneceri" nin həbsdə saxlanılmasına etiraz ediblər. Nəşr yazır ki, A. Spivakovskinin ona elan olunmuş ittihamlarda iştirakını göstərən bircə bənd belə yoxdur. Spivakovskinin özünün ifadəsinə görə, ona qarşı irəli sürülən bütün ittihamlar absurddur. Məhkəmənin qərarı ilə həbs olunan digər rusiyalı Oleq Kuznetsovla dostluq münasibətlərinin olduğunu etiraf etsə də, onunla heç bir cinayət əlaqəsinə girmədiyini deyib. "Axı belə münasibətlərin mövcudluğu cinayət sübutu deyil", - vəkillər qəzəbləniblər.

Serqey Mixaylov

“İbris” gömrük terminalının direktoru, kokain ticarəti, Kostya Osetinin qətli və…

Dosye: Arnold Arnold Spivakovskiy (əvvəlki soyadı Tamm)— İnterpolun və Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 1990-cı illərdə - "Solntsevks" mütəşəkkil cinayətkar dəstəsinə rəhbərlik edən "kriminal avtoritet  Serqey Mixaylov və Semyon Moqileviçdən sonra mafiya rəhbərliyində ilk "səkkizliyə" daxil olub, iyerarxiyada yer alıb. 1990-cı illərin ortalarından Spivakovski "qanuni" biznesmen olmaqla bir sıra şirkətlərə rəhbərlik edib. Həmçinin “İrbis” gömrük terminalının direktor müavini, Rusiya-Belarus İttifaq dövlətinin katibi Pavel Borodinin ictimaiyyətlə əlaqələr üzrə məsləhətçisi, "Pekin" mehmanxanasının baş direktorunun müavini, "Kosmos" Açıq Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri, "İnturist" direktorlar şurasının başçısı vəzifələrini tutub. A.Spivakovskinin məhkumluğu olmayıb. Lakin dəfələrlə “Solntsevsk” "avtoritetləri” ilə birgə, həmçinin Moskvadakı ”Dolls” klubundakı səs-küylü kokain ticarəti ilə bağlı saxlanılıb. Bundan başqa onun “Pekin” mehmanxanasının direktoru Konstantin Qeorqiyevin (Kostya Osetin) qətlində əli olması ilə bağlı versiylar da mövcuddur.

Müdafiəçilərin “gülünc” adlandırdığı ittiham

A.Spivakovskinin müdafiəçiləri onun əvvəllər məhkum olunmamasını qeyd etməklə yanaşı Rusiya Federasiyası nazirlikləri tərəfindən mükafatlandırılmasını və iki xeyriyyə fondunun təsisçisi olduğunu vurğulayıblar. Vəkillər habelə "Solntsevsk" mütəşəkkil cinayətkar qruplaşmasının "Sistem" Maliyyə Korporasiyası ilə əlaqəsinə dair deyilənləri “ən gülünc" ittiham adlandırıblar.

Müdafiəçilər qeyd ediblər ki, şirkət Rusiya iqtisadiyyatının (neftçıxarma sənayesi, telekommunikasiyalar, səhiyyə) real sektoruna ən böyük investordur və Rusiya hökumət strukturları tərəfindən nəzarət edilir. Eyni zamanda "Sistem"  maliyyə korporasiyasının nümayəndələri, hansı ki, bu strukturda A.Spivakovski demək olar ki, 20 il işləyib, onun İspaniyada həbsi ilə bağlı heç nə deməyiblər. Şirkətin məlumat xidmətində yalnız A.Spivakovskinin rəhbər şəxslərdən biri olduğu açıqlanıb. Ancaq ispan qanunvericiliyinə görə, Spivakovskinin tutulmasına “Sistem” korporasiyasından heç bir reaksiya verilməyib. Həmçinin “top-menecer”in müdafiəçiləri məhkəmə hökmündən şikayət etmək niyyətindədirlər.

A.Spivakovski

“Jandarmlar əliboş getmişdilər...”

Vəkillərin açıqlamasına görə, İspaniya Mülki Qvardiyasının “Oliqarx” əməliyyatı ilə bağlı ictimaiyyətə raportundan üç gün sonra məlum olub ki, jandarmların "kiçik müharibə üçün yetəcək silah arsenalı" kimi təqdim etdikləri əslində saxlanılanlardan birinin oğluna məxsusdur,  peyntbol və straykbol oyunları üçün nəzərdə tutulan silahlar olub. "Marbelya" futbol klubunun vitse-prezidenti German Pastuşenkonun inşaat biznesi üzrə partnyoru Roman Prokopenkovun oğlu Andrey Prokopenkov mətbuata açıqlamasında straykbol üçün silah təchizatını əslində heç kim müsadirə etmədiyini bildirib:”Evin zirzımisindəki silah otağına baxıb icazə sənədlərini yoxladıqdan sonra jandarmlar əliboş getdilər”.

“Malaga Hoy” nəşrinin yazdığına görə, əməliyyat-axtarış zamanı döyüş patronları ilə birlikdə bir ədəd tapança götürülüb. İspan hüquq-mühafizə orqanları isə videoda 24 yaşlı hüquq fakültəsinin tələbəsinin silah otağının şəklini çəkib və mətbuatda başqa materiallarla birlikdə yayıb. Müdafiəçinin sözlərinə görə, KİV-də saxta silah-sursat şəkillərinin müşayiəti ilə həqiqətə uyğun olmayan xəbərləri polis əməkdaşları öz işlərinin nəticələrini böyütmək məqsədi ilə yayımlayıblar.

"Rus mafiyasına qarşı əməliyyat bütün sərhədləri keçdi. Mülki Qvardiyanın araşdırması ciddi şübhələrə səbəb olur və bunlar səlahiyyətli orqanlar tərəfindən aydınlaşdırılmalıdır", -  vəkil hesab edir.

Qeyd etmək lazımdır ki, Mülki Qvardiyanın əməliyyatı haqqında “Mixas”ın proqnozunun ikinci bəndi artıq gerçəkləşir - Marbelin rusdilli əhalisi "rusofobiya" nı açıq ifadə edir. "Oliqarx" əməliyyatının nəticəsində Marbelinin rusdilli sakinlərinin çoxu zərər çəkdi.

İspan KİV-inin məlumatına görə, Kuznetsovun və Qrinberqin sahibkarlıq strukturlarında Şərqi Avropadan çoxsaylı gəlmələr - ev qulluqçusu, şəxsi sürücü və onlara aid olan yaxtaların ekipajlarının üzvləri çalışırdı. Marbeldə bu gün də danışırlar ki, "Oliqarx" əməliyyatı rusdilli diasporanın və "rus mafiyasının" arasında bərabərlik işarəsi qoydu.

Pastuşenko deyir ki, həbslər və axtarışlar təqsirləndirilən şəxslərin hüquqlarının pozulmasıyla keçirilib. Onun sözləri oyuncaq arsenalının sahibi Andrey Prokopenkovun dediklərini təsdiqləyib. Jandarmlar axtarış zamanı evi dağıdıblar, divanı sökərək silah və qiymətli əşyalar axtarıblar, qanunsuz olaraq kompüterləri götürüblər. Hazırda vəkil Xose Fransisko Ruis müxtəlif dövlət institutlarına “Oliqarx” əməliyyatının gedişatında axtarış zamanı zərər çəkmiş şəxslərlə bağlı bir neçə iddia hazırlayır.

"Marbelya" futbol klubu Aleksandr Qrinberqi dəstəkləyir

Aleksandr Qrinberqi və German Pastuşenko

"Marbelya" futbol klubunun həbsdə olan prezidenti Aleksandr Qrinberqin vəkilləri də hərəkətsiz dayanmırlar. Spivakovskdən fərqli olaraq Aleksandr Qrinberqin taleyi ilə Rusiya hüquq müdafiəçiləri də maraqlanırlar. Rusiya Elmlər Akademiyasının üzvü, İqtisad institunun direktoru Ruslan Qrinberq oğlunun günahsız olduğuna inanır.

Aleksandr Qrinberqi həmçinin ona aid olan "Marbelya" futbol klubu da fəal şəkildə dəstəkləyir. Yeri gəlmişkən xatırladaq ki, bir neçə il əvvəl rusiyalı sahibkar adıçəkilən futbol klubunun iflasdan xilas etmişdi.

Çirkli pulların yuyulmasında rusiyalı sahibkarın cinayətini sübut edən heç bir dəlil yoxdur.

Vəkilinin sözlərinə görə, Oleq Kuznetsovla Qrinberqin arasındakı biznes əlaqələrinin tək şahidliyi stadionda iki reklam lövhəsinin yerləşdirilməsi ilə bağlı “Agua de Mijas” zavoduyla "Marbelya" FK-ının arasında müqavilə olub. Bunun əvəzi olaraq zavod suyu oyunçulara və personala çatdırıb.

“El Confidencial” qəzetinin yazdığı kimi, Aleksandr Qrinberqin müdafiəsi artıq apellyasiya məhkəməsinə müraciət edib. İspan məhkəməsinin hansı qərar çıxaracağını isə zaman göstərəcək.Virtualaz.org

Hazırladı: İnarə Rafiqqızı

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam