Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ginekoloqdan qadınlara XƏBƏRDARLIQ:“Vaginal duş faydalı bakteriyaları məhv edir”

 

 

Yenixeber.org: İnternet əsrində yaşamağımıza baxmayaraq, vagina haqqında hələ də araşdırmalar aparılır. Türkiyəli qadın həkimi Betül Görgen isə vagina haqqında çoxlarına məlum olmayan maraqlı faktlar açıqlayıb. Ailem.az mütəxəssisin fikirlərini təqdim edir.

 

Vagina yalnız genital sistemin bir hissəsidir

 

Bəzən qadının genital bölgəsi haqqında vagina kimi bəhs edilir. Əslində isə vagina yalnız genital sistemin bir hissəsidir. Bu sistemin xarici hissəsi vulva adlanır. Vulva bölgəsi xarici dodaqlar, daxili dodaqlar, klitor, kilitoral başlıq, çıxıntılar və vaginadan ibarətdir. Vagina daxili hissəyə aiddir və qadın reproduktiv sistemə aid digər orqanlarla davam edir.

 

Kegel məşqləri yalnız orqazm üçün lazımlı deyil

 

Bu məşqlər orqazma çatma problemi olan qadınlara kömək olduğu kimi, pelvik əzələləri gücləndirərək istəmədən sidik və qaz qaçırmağa da mane olur. Üstəlik bu məşq sidiyə getmə əsnasında edildiyi üçün yeri və zamanı yoxdur. Sidiyə gedərkən bir neçə saniyə sidiyi saxladıqdan sonra davam edir. Eyni zamanda pelvik orqanların sallanması baxımından çox əhəmiyyət daşıyar: “Probiotik kimi tanınan “dost bakteriyalar” bədənə zərər verən pis bakteriyalara qarşı müalicə vasitəsidir. Bu bakteriyalar bağırsaq infeksiyalarına, ishala qarşı qoruyucudur və həzmə kömək edir. Bəzi araşdırmalar probiotiklərin vaginal infeksiyalara, xüsusilə də göbələk infeksiyalarına qarşı qoruyucu olduğunu sübut edib”.

 

Mütəxəssis bildirir ki, vagina öz-özünü təmizləyən bir orqandır və bəzi axıntılar təbiidir. Lakin axıntı həddindən artıqdırsa, ağrılı və qoxuludursa, mütləq həkimə müraciət etmək lazımdır. Çünki bəzən sadə bir göbələk infeksiyası ola biləcəyi kimi, cinsi yolla yoluxan infeksiya əlaməti də ola bilər: “Qadın həyatında hamiləlik, əmizdirmə və menopauza kimi fərqli hormonal dövrlər var. Bu hormonal dəyişikliklər vaginada diqqətə çarpır. Xüsusilə hormonal dəyişikliklər, estrogen çatışmazlığı cinsi əlaqədə ağrıya səbəb olur. Nizamlı seks həyatı vaginanın incəlməsinə və gərgin hal almasına mane olur. Ancaq komfortlu cinsi əlaqə üçün quruluğun qarşısının alınması şərtdir. Bu, hormonal dəstək və xüsusi qulluqla mümkündür”.

 

Vaginal təmizliyə diqqət edin

 

Vaginada bakteriyaların olması normaldır. Bu bakteriyalardan bir hissəsi təbii vaginal mühit üçün şərtdir. Lakin bəzən yaxşı və pis bakteriyalar arasındakı tarazlıq pozula bilər. Bu da qoxulu axıntılara səbəb olar: “Son zamanlar tez-tez istifadə edilən vaginal duş oradakı faydalı bakteriyaları məhv edərək infeksiyasılaşmanı asanlaşdırır. Sabun və genital bölgə üçün olan şampunlar isə yalnız tüklü hissəyə tətbiq olunmalıdır. Digər bölgələr üçün su ən gözəl təmizləyicidir”.(ailem.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam