Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bayram bazarı:3000 manatlıq yolkalar, 150 manatlıq Santa-Klauslar... - REPORTAJ

Bayram bazarı:

 

Qarşıdan Yeni il gəlir. Bayramın atributlarının qiymətləri hər il olduğu kimi, bu il də aktualdır

 

Yenixeber.org: Qiymətləri öyrənmək üçün üz tutduq Yeni il atributları satılan mağazalara və metrostansiyaların qarşısında təşkil olunan yarmarkalara.

"28 May" metostansiyasında yerləşən bayram "palatka"sındakı qiymətlərlə maraqlandıq. Yolkaların qiymətləri ölçüsündən asılı olaraq 25-260 manat arasında dəyişir.

Satıcılarla söhbət əsnasında məlum oldu ki, bu yolkaların "isti-isti" qiymətləridir. Bayrama yaxın yolkalar bahalaşacaq. 

Yolkanın üzərinə düzülən aksesuarların qiymətlərinə gəlincə, 3-35 manat təşkil edir. Digər qiymətlər aşağıdakı kimi dəyişir: 

Sadə zərlər: 1-5 manat;
Bəzəkli zərlər: 2-6 manat;
Oyuncaqlar:  0,50-10 manat;
Şaxta Baba suvenirləri ölüçüsündən asılı olaraq 50-100 manat.

Qeyd edək ki, Qədim Çin təqviminə görə 2018-ci il it ili üzərində təhvil verilir. Bu səbəbdən yarmarkanı it oyuncaqları bəzəyirdi. İtlərin dəyəri 5-20 manatdır.

Mağazalarda da qiymətlərlə maraqlandıq. Məlum oldu ki, yolkaların dəyəri 150 manatdan başlayaraq 3000 manata qədər yüksəlir. Bəzək aksesuarlarının  1 ədədi 7,5-8 manat təşkil edir.

“Şaxta baba”, “Santa-Klaus” suvenirlərinin qiyməti də fərqlidir və aşağıdakı kimi dəyişir: 

50 sm - 50AZN
1 m - 120 AZN
2 m - 300 AZN 

Şam ağacından çələng 32 manat, yolka üçün ulduz  29 manat, səsli işıqlar 30 manat, qutuda  dekorativ oyuncaqlar 20 ədədi 70 manat, qar dənəcikləri işıqlandırıcıları 34 manat, yeni il corabları, torbaları 20 manat, işıqlı stolüstü şam ağacı 28 manata təklif olunur.

Hədiyyə qutularının dəyəri ölçüsündən asılı olaraq 15 manatdan başlayır. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam