Redaktor seçimi
AHİK-də daxili intriqalar pik həddə çatır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
Günün xəbəri

“Greencard” almaq istəyən azərbaycanlıların sayı açıqlandı

 “Greencard” almaq istəyən azərbaycanlıların sayı açıqlandı

 

Bu il “Greencard” üçün qeydiyyat bir neçə gün öncə - 22 noyabrda başa çatıb

 

Yenixeber.org: “Greencard Azərbaycan” şirkətindən Modern.az-a verilən açıqlamada qeyd edilib ki, keçən il lotereyada azərbaycanlıların müraciətlərinin sayı 40-50 min nəfər  idisə, builki müraciətlər 70-80 min civarında dəyişir. Azərbaycan üçün ayrılan yer sayı isə təxminən 3500-dür.

“Greencard Azərbaycan”dan verilən məlumata əsasən, hər il Azərbaycandan müraciət edənlərdən təxminən 300-500 nəfər “Greencard” qalibi olur (növbəti il bu rəqəmin 700-800 olması gözlənilir).

“Nəzərə alsaq ki, təxminən, hər 100 nəfərdən yalnız biri “Greencard” qazanır, deməli, ayrılan yer üçün müraciət sayı çox azdır. Həmişə olduğu kimi, bu il də müraciət edənlərin əksəriyyəti 18-24 yaş aralığında olan subay gənclərdir”.

“Greencard Azərbaycan” şirkəti noyabrın 20-də qeydiyyatı dayandırıb.

Proqramının nəticələri 15 may 2018-ci il tarixindən başlayaraq elan ediləcək. Qalib olmuş şəxslər 2019-cu ilin oktyabr ayına qədər ABŞ səfirliyindən vizalarını ala biləcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam