Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

İşini itirən bank işçilərinin sayı 10 minə çatacaq

bank_albom_260915

Azərbaycanda işini itirən bank işçilərinin sayı 3 min nəfərə yaxınlaşır. Ancaq söhbət o şəxslərdən gedir ki, məşğulluq idarəsinə müraciət edərək, işsizlik statusu alıb.

Xeberinfo.com:  Ekspertlərin fikrinə görə, bankların bağlanması prosesi davam etdiyinə görə sektorda işinə son verilənlərin sayı yaxın gələcəkdə böyük ölçüdə artacaq.
İqtisadçı Azər Mehtiyev Echo.az xəbər saytına intervyusunda bildirib ki, yaxın zamanda ölkədəki maliyyə təşkilatlarının sayında yenidən azalma baş verəcək, əlavə olaraq, hazırda fəaliyyət göstərən banklarda da işçilərin ixtisarı davam edəcək.
Mehtiyevin sözlərinə görə, maliyyə sektorunun vəziyyətində heç bir yaxşılaşma qeydə alınmır, gələcəkdə işsizlərin sayı daha da artacaq. İxtisarların maşstabını təxmin etmək çətindir.
“Hazırkı gündə 3 mində yaxın bank əməkdaşı iş üçün məşğulluq mərkəzinə üz tutub. Nəzərə alsaq ki, vətəndaşların çoxu yeni iş axtarışını özü həyata keçirir, işdən atılanların sayının hansı həcmdə olmasını təsəvvür etmək belə çətindir. Bir şey dəqiqdir ki, real rəqəmlər rəsmi rəqəmlərdən kəskin surətdə fərqlənir”, – o deyib.
Qeyd edək ki, bank əməkdaşlarının işinin itirilmə prosesinin başlanması bu ilin yanvar ayında valyuta dəyişmə məntəqələrinin fəaliyyətinə qadağa qoyulması ilə nəticələndi. Bəzi mənbələrə görə, təkcə o zaman 6 min insan iş yerini itirib.
İqtisadçı Samir Əliyevin sözlərinə görə, işdən atılan əməkdaşların sayı böyükdür.
“2 devalvasiyadan sonra Azərbaycanda 13 bank bağlanıb, axırıncısı Bank Standard oldu. Bazardakı bankların sayı 45-dən 32-yə düşüb. İşdən atılan əməkdaşların sayı təxminən 6500 nəfərə çatıb. Nəzərə alsaq ki, yaxın zamanlarda ölkədə minimum 3 bank daha bağlanacaq, işini itirənlərin sayı daha da artacaq. İşdən çıxarılan bank işçilərinin sayı təxminən 10 minə çatacaq”, – o deyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam