Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Sue X" yazısı sosial şəbəkə istifadəçilərini çaş-baş saldı

"Sue X" yazısı sosial şəbəkə istifadəçilərini çaş-baş saldı

 

Sosial şəbəkələrin istifadəçilərini İngiltərənin Oksfordşir qraflığında əkin sahəsində bir yazı çaş-baş salıb

 

Yenixeber.org: Yazıda "Syu" (Sue) və ingilis hərfi "eks" (x) əks olunub. Yazı yerli polis tərəfindən helikopterdən çəkilib, "Tvitter" sosial şəbəkəsində paylaşılıb: "Kimsə Testvortdan cənubda, M40 yolunun o tərəfində Syunu tanıyır?"

Sosial şəbəkələrin istifadəçiləri #FindSue ("Syunu tapmaq") və #WhoIsSue ("Syu kimdir") xeşteqləri ilə paylaşımlar etməyə başlayıblar. Nəticədə müxtəlif nəzəriyyələr ortaya çıxmağa başlayıb - bir versiyaya görə "x" hərfinin ortasında xəzinə basdırılıb, bəziləri hətta yadplanetlilərin müdaxiləsini qeyd ediblər.

Məlum olub ki, yazını yerli fermer Mürrey Qrem sahələrin emalı üçün nəzərdə tutulan kimyəvi maddələrin köməyi ilə öz həyat yoldaşı üçün edib. "X" hərfi də, ehtimala görə, öpüş kimi istifadə olunub. O deyib ki, bununla o həyat yoldaşına öz sevgisini göstərmək istəyirdi: "İstifadə olunmamış bir neçə kimyəvi maddəm qalmışdı, fikirləşdim ki, görəsən onları istifadə edib onun üzündə təbəssüm yarada biləcəm, ya yox?"

Yazını fermerin 21 yaşlı oğlu helikopterdən çəkməlidi idi, lakin polis əməkdaşları bunu daha tez ediblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam