Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yer üzündən silinən məhəllə –“Sovetski”

sovetski

 

Xeberinfo.com:  «Bir məhəlləni yer üzündən necə silmək olar». «Motherboard» dərgisinin Bakıdakı, daha doğrusu, keçmiş «Sovetski»dəki dağıntılardan söz açan yazısı belə adlanır.

Müəllif Derek Mead ötən yayda Bakıya səfəri zamanı gördüklərini yazır. O, Bakıya «Formula 1» Avropa Qran-pri yarışlarına yollanıbmış. Amma diqqətini çəkən, yazarın diliylə desək, onu sarsıdan daha çox Bakının xarabalığa çevrilmiş tarixi qəsəbələri olub.

HƏLƏ SÖKÜLMƏMİŞ TİKİLİLƏR

Müəllif hava limanından şəhərə doğru hərəkət etdikcə, Bakının neft gəlirləri hesabına yiyələndiyi yeni və bahalı tikililəri gördüyünü, az sonra şəhərin tarixi keçmişinin bir hissəsi olan köhnə qəsəbələrə baş çəkmək istədiyini, amma onların yerində dağıntılara rast gəldiyini təəssüflə yazır.
Məqalədə «Sovetski»dəki söküntülərin fotoları da yer alıb. Müəllif qəsəbənin özünəməxsus memarlıq üslubu olduğunu, fotobloqlara baxandan sonra «Sovetski»ni dolaşıb, hələ sökülməmiş tikililəri görmək istədiyini vurğulayır. Gəzdikcə dağıdılacaq qədim qapıların, nadir və tarixi təsvirlərin əks olunduğu divarların son şəkillərini çəkir. Dərgi həmin fotoları dərc edib.

Avtoritar rejimin prestijli tədbirlər keçirərək dünyada nüfuz qazanmağa çalışmasının yenilik olmadığını qeyd edən müəllif bütün bunların onun özündən çox sakinləri – qədim abidələrin, məscidlərin, kilsələrin, məşhur azərbaycanlıların evlərinin yerləşdiyi «Sovetski»nin sakinlərini sarsıtdığını bildirir.

Rəsmilərin sərt tədbirlərinə, qəsəbə sakinlərini köçməyə məcbur etməkdən ötrü suyu, işığı, qazı kəsməsinə, bəzi evləri içindəki əşyalarla birlikdə dağıtmasına baxmayaraq, jurnalist yüzillik evindən son dəqiqəyə qədər çıxmayan sakinləri görür, onların da fotolarını çəkir.
YADDAŞDAN SİLİNMƏYƏCƏK GÖRÜNTÜLƏR

Xüsusilə özünü dünya arenasında sübut etməyə çalışan ölkələrdə inkişaf sürətinin çox yüksək və «qəddar» olduğunu yazan müəllif dünyanın çox yerində sürətli dəyişikliyə şahid olduğunu, amma «Sovetski»də gördüklərinin onun yaddaşından silinməyəcəyini vurğulayır.

«Motherboard» dərgisinin əməkdaşı qeyd edir ki, Azərbaycan rəsmiləri tarixi abidələri qoruyacağını vəd edib, amma 2013-cü ildən bəri 2400 bina dağıdılıb, əhaliyə gərəkən kompensasiya verilməyib, ərazidən zorla qovulublar. Beynəlxalq insan haqları qurumlarının çağırışları cavabsız qalıb və bütün bunların əvəzində Azərbaycan 2017-ci ildə keçiriləcək yeni yarışlara hazırlaşır:

«Neftin dəyərdən düşməsinin Bakının bundan sonrakı inkişafına necə təsir edəcəyini bilmirəm, amma bu günlərdə, bu məqaləni yazmazdan öncə «Google Maps»ə nəzər salanda, orda olarkən gördüklərimin də artıq yox olduğunu anladım».

(azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam