Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Diş polikilinikasında 1000 manatlıq kabinet?!-YENİLƏNİB

 

                                                   

   Cəlilabad rayonunda yenicə təmirdən çıxmış diş polikilinikasında yeni qaydalar tətbiq olunur

 

“Xeberinfo.com”: “Cəlilabad rayonunda yeni açılmış diş polikilinikasında kabinet götürmək istəyən həkim 1000 manatından keçməlidir. Bu yenicə təmirdən çıxmış təsərrüfat hesablı diş polikilinikasının baş həkimi Nigar Tacirlinin tətbiq etdiyi qaydadır. Bu vaxta qədər, diş həkimləri evlərində, müxtəlif ünvanlarda kabinet açıb işləyirdilər. İndi isə Nigar xanımın təkidi ilə yeni polikilinikaya gətirilirlər.”

 

      Bu sözlər Cəlilabad rayonundan oxucumuzun yenicə təmirdən çıxmış təsərrüfat hesablı diş polikilinikası ilə bağlı verdiyi məlumatdandır. Məlumata görə bu vaxta qədər bu polikilinikanın demək olar ki, adı olub. Uçuq-sökük binada, şəraitsizlikdən burada təsadüfən adam görmək olardı. Bu səbəbdən də həkimlər ayrı-ayrı ünvanlarda fəaliyyət göstərirmiş.

 

    İndi isə təmir olunmuş polikilinikaya həkimlər məcburən dönməli və “şirinlik” olaraq baş həkimə 1000 manat verməlidir. Bundan əlavə bütün avadanlığın alınması da həkimin üzərinə düşür.

Biz məlumata aydınlıq gətirmək məqsədi ilə baş həkim Nigar Tacirli ilə telefon əlaqəsi yaratdıq. Təəssüf ki, Nigar xanım məsələyə aydınlıq gətirmək əvəzində bizi yazacağımız təqdirdə məhkəməyə verəcəyi ilə hədələdi(?)

 

   Olsun. Oxucumuz bizə bu istiqamətdə yeni məlumatlar verəcəyini də bildirdi.

 

  Özünü Nigar xanımın dostu kimi təqdim edən Təyyar Zülfüqarov adlı birisi redaktorumuzun mobil telefonuna zəng etdi. Dediyinə görə vəkildir. Öncə bir neçə dəqiqə jurnalistikanı polikilinikaya, polikilinikanı jurnalistikaya qatıb qarışdırdı. Daha sonra isə bu yazını saytdan çıxarmağımızı xahiş etdi. Anlaşılmaz xahişinin qəbul edilmədiyini gördükdə isə baş redaktorumuzu şantaj etməyə başladı. Hələlik vəkil Zülfüqarovun şantaj menyusunda hansı sözlərin yer almasını yazmırıq(təkcə onu qeyd edək ki, "hüquqşünas" "facebook"da mənə qarşı "səlib yürüş"ünə keçəcəyini bildirdi). Zatən bizim məqsədimiz, özünü hüquqşünas sayıb hüquqdan başqa hər şeydən başı çıxan birisi ilə uğraşmaq deyil.

 

     Bir neçə dəqiqə sonra isə baş həkim Nigar Tacirli redaktormuzla telefon danışığında məlumata münasibətini açıqladı:" Bizim polikilinika cəmi 9 otaqdan ibarətdir. Bir neçə həkim yoldaşlarla birgə vəsait qoyub, binanı təmir etmişik. Cəmi üç gündür ki, polikilinikamız açılıb. İndi təmir prosesindən kənarda qalan həkimlər ağıllarına gələni uydururlar, mən heç kimə kabinet satmıram, bu məlumat yalandır."

 

 

   Mövzunun davamı ola bilər.

 

 

    Valeh

 

     

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam