Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Surət Hüseynovun neft biznesi varmış - Türkiyədə

Türkiyədə kommersiya şirkətləri reyestrində yer alan məlumatlar əsasən Surət Hüseynov bu ölkədə neft biznesi ilə məşğuldur.

Xeberinfo.com:   “Azadlıq” radiosunun verdiyi xəbərə görə, bu sənədlərdə qeyd edilən 1959-cu il təvəllüdlü Surət Davud oğlu Hüseynova aid bütün şəxsi məlumatlar Azərbaycanın keçmiş baş nazirinin şəxsi məlumatları ilə eynidir.

“Detaş Dış Ticaret Anonim Şirketi”nin qeydiyyat sənədlərində 4640593850 hesablı vergi nömrəsinin sahibi Surət Hüseynov idarə heyətinin üzvü olaraq qeyd olunur. 50.000 TL (14.5 min ABŞ dolları) nizamnamə kapitalına malik “Detaş Dış Ticaret Anonim Şirketi” Türkiyədə Neft və neft məhsullarının ixrac və idxalını həyata keçirir.

Sabiq baş nazir Hüseynov Sürət Davud oğlu 1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olub.

Surət Hüseynov 2016-cı ilin fevralın 5-də “Detaş Dış Ticaret Anonim Şirketi”nin idarə heyətinin toplantısında şirkətin yeganə səhmdarı və idarə heyətinin sədri seçilib. O, bu vəzifədə Mahmut Celal Derinkökü əvəzləyib.

Türkiyənin dövlət orqanları reysterində “Detaş Dış Ticaret Anonim Şirket”inə aid oluğu qeyd edilən telefon nömrəsi işləmədiyindən qarşı tərəflə əlaqə yaratmaq cəhdi alınmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam