Alı Alıyev vətəndaşlarla görüşüb, onların problemlərini dinləyib - FOTOLAR
Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır.
Xeberinfo.com: Ölkə başçısının “Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm” , “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Novruz bayramı günlərində cəbhə xəttinin bir neçə yüz metrliyində yerləşən Şükürbəyli, Mirzənağılı, Qazaxlar, Əhmədalılar, Mollaməhərrəmli, Arayatılı, Babı kəndlərində və Horadiz şəhərində vətəndaşlarla görüşüb, onlara söhbət edib, problem və qayğılarını dinləmişdir. Görüş zamanı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi, həyatyani torpaq sahələrindən səmərəli istifadə olunması barədə Prezident cənab İlham Əliyev tərəfindən verilən tapşırıqların icrası ilə bağlı rayonda görülən işlər əhali ilə birgə müzakirə olunmuşdur. Alı Alıyev aidiyyəti təşkilatların nümayəndələri ilə Şükürbəyli, Mirzənağılı, Qazaxlar, Əhmədalılar, Mollaməhərrəmli, Arayatılı, Babı kəndlərində və Horadiz şəhərində əhalinin həyatyani və pay torpaqlarından istifadəsi ilə maraqlanıb, heyvandarlıq və bostan-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan ailələrlə görüşüb, onlarla söhbət edib məsələhət və tövsiyyələrini verib.
Alı Alıyevin əhali ilə görüşündə qeyd olunub ki, Şükürbəyli, Mirzənağılı, Qazaxlar, Əhmədalılar, Mollaməhərrəmli, Arayatılı, Babı kəndlərində və Horadiz şəhərində əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi və heyvandarlıq təşkil edir. Hazırda rayonda həyətyani torpaq sahələrində kartof əkini başa çatmaq üzrədir, bostan-tərəvəz məhsullarınını yetişdirilməsi üçün şum aparılıb, şəxsi təsərrüfatda iri meyvə bağları və istixanalar yaradılıb.
Məcburi köçkünlərdə rayonda yerli istehsalın inkişaf etdirilməsi, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunması, idxaldan asılılığın azaldılması, həyətyani və pay torpaqlarından səmərəli istifadə olunması ilə bağlı məsələdə həmrəylik nümayiş etdirdiklərini bildiriblər
Bildirilib ki, Şükürbəyli, Mirzənağılı, Qazaxlar, Əhmədalılar, Mollaməhərrəmli, Arayatılı, Babı kəndlərində və Horadiz şəhərində əhalinin qaz, işıq, su və digər sosial qayğıları dövlət tərəfindən tam təmin edilmişdir. Horadiz şəhərində adları qeyd olunan kəndlərdə məktəb, uşaq bağçası, tibb məntəqəsi kitabxana, poçt məntəqəsi, fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir məcburi köçkün pay torpağı ilə təmin olunub.
Görüşlər zamanı görülən işlər, görülməsi planlaşdırılan məsələlər vətəndaşlarla birgə müzakirə olunur, ictimai nəzarət qaydasında mövcud nöqsan və çatışmazlıqlar xalqla birgə həll olunur.
Görüşlərdə Füzuliyə və füzulililərə göstərdiyi diqqət və qayğıya görə camahatımız Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.