Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Alı Alıyev məcburi köçkünlərlə görüşdü - FOTOLAR

 

Xeberinfo.com:  Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının “Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm”, “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.

Rayon İcra Hakimiyyətinin Bakı nümayəndəliyi füzulili məcburi köçkünlərin sıx məskunlaşdıqları Sumqayıt şəhərində, Bakı şəhərində Yasamal və Binəqədi rayonlarında vətəndaşlarla görüşlər keçirmiş, məcburi köçkünlərin problemləri, təklif və qayğıları ilə maraqlanmışdır. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev isə Bakı şəhərində Nərimanov rayonundafüzulili məcbiri köçkünlərlə görüşüb, söhbət edib, onların problem və qayğılarını dinləmişdir.

Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi olaraq keçirildiyini bildirmişdir. Görüşdə Alı Alıyev ölkə başçısının Füzuliyə və füzulililərə olan diqqət və qayğısından danışıb, rayonda görülən işlərindən və görülməsi planlaşdırılan tədbirlərdən bəhs edib.

Alı Alıyev qeyd edib ki, vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəbləri, bu sahədə nəzərəçarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir. 

Görüşdə Füzuli rayonundan olan məcburi köçkünlərin müraciət və təklifləri dinlənilib. Məcburi köçkünlər tərəfindən qaldırılan məslələrdən həlli mümkün olanları yerindəcə həll edilib, digər qaldırılmış məsələlər həll edilməsi üçün nəzarətə götürülərək aiddiyati üzrə göndərilmişdir.

Füzulili məcburi köçkünlər müraciətlərinin həmişə diqqət mərkəzində saxlanıldığı bildiriblər, ən böyük arzularının işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunması olduğunu qeyd ediblər.

Məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

 





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam