Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

AHİK -dən sosial soyğunçuluq və kommersiya fırıldağı -Onlayn portal adı altında qurulan o bürokratik oyunlar...

Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı -İşçilərin otağından dinləyici qurğu tapılıb

"Azərbaycan zəhmətkeşinin hər ay maaşından “sosial müdafiə” adı altında kəsilən o pulların hara getdiyi artıq hər kəsə bəllidir: bu pullar işçinin sağlamlığına deyil, AHİK və “Kurortlar” Səhmdar Cəmiyyətinin qurduğu nəhəng kommersiya şəbəkəsinə xidmət edir..."

Yenixeber.org: Bunu özünün etiraz dolu müraciətində şair-publisist, AYB-nin üzvü Şəmsi Qoca qeyd edib.

O daha sonra bildirir: "Bir vaxtlar elmi cəhətdən əsaslandırılmış 21 günlük müalicə kurslarını əvvəl 14-ə, indi isə utanmadan 10 günə endirən rəhbərlik, əslində işçiyə müalicə deyil, sadəcə “hava” satır. 10 günlük müddət heç orqanizmin adaptasiyasına yetmir, bu isə o deməkdir ki, dövlətin və işçinin vəsaiti birbaşa havaya sovrulur. Lakin ən böyük rəzalət sanatoriyanın qapısından içəri girəndə başlayır. İllərlə üzvlük haqqı ödəyən və üstəlik yollayışın müəyyən hissəsini nağd ödəyən işçi orada öyrənir ki, aldığı o “putyovka” sadəcə çarpayıda yatmaq və yeməkxanada qidalanmaq üçündür. Müalicə olunmaq istəyirsənsə, əlin mütləq cibində olmalıdır. Təsəvvür edin, hər hansı bir sahə poliklinikasında icbari tibbi sığorta ilə tamamilə pulsuz təklif olunan adi prosedurlar bu sanatoriyalarda od qiymətinə satılır.

Məsələn,” Bilgəh Kardioloji Sanatoriyası”ndakı bəzi qiymətlərə baxaq:

Bir nahiyə üzrə darsanval üçün 9 manat, parafin üçün 9 manatdan 24 manatadək, elektroterapiya üçün 17 manat, naftalanlı işıq vannası üçün 10 manat və cəmi 30 dəqiqəlik masaj üçün 30 manat tələb olunur. Bu, sadəcə xidmət haqqı deyil, açıq-aşkar sosial soyğunçuluq və kommersiya fırıldağıdır. İşçi gündəlik bir neçə prosedur qəbul etmək üçün aylıq maaşının yarısını orada qoyub gəlməlidir. Bu rəqəmlər AHİK rəhbərliyinin “yeni iş üslubunu” — yəni işçini “üzv” deyil, “yolunmalı müştəri” kimi görməsini tam çılpaqlığı ilə ifşa edir. Üstəlik, onlayn portal adı altında qurulan o bürokratik oyunlar xüsusilə yay mövsumündə müəllimlərə və digər zəhmətkeşlərə qarşı psixoloji terrora çevrilir. Sifariş verib 15 gün cavab gözləyən, sonda isə məzuniyyəti bitərkən quru rədd cavabı alan minlərlə insan bu sistemin şəffaflığının deyil, qaranlıq otaqlarda paylanılan “tanış-biliş putyovkalarının” qurbanıdır. Sinəsinə döyüb “islahat”dan dəm vuranlar bilsinlər ki, işçinin haqqı ilə qurulan o binalarda işçiyə yadelli kimi baxmaq və onu öz poliklinikasında pulsuz ala biləcəyi xidmət üçün böyük məbləğlər ödəməyə məcbur etmək rəzalətdir. Ya bu sistem tamamilə ləğv edilməli və üzvlük haqlarının yığılması dayandırılmalı, ya da sanatoriyalar öz əsl funksiyasına — 21 günlük tam ödənişsiz və keyfiyyətli müalicə mərkəzinə çevrilməlidir. İşçinin səbri də, cibindəki son qəpiyi də sizin kommersiya iştahanız üçün material deyil.
Həmkarlar İttifaqı və Kurortlar İdarəsi bu biabırçı gedişata son qoymalıdır! İşçinin cibindən kəsilən pullarla qurulan o binalarda işçiyə “yadelli” kimi baxmaq cinayətdir. 10 günlük müalicə kursu ləğv edilməli, standart müalicə paketləri tam ödənişsiz olmalı və portal fırıldaqçılığına son qoyulmalıdır.
Unutmayın, o kreslolar zəhmətkeşin pulu ilə alınıb, zəhmətkeşə xidmət etməyə borcludur...".(Dia-az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam