Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“ADORE”də saxta ətir satılır?

media-adore

Məşhur ətir mağazası olan “Adore”da müştəriyə saxta ətir satıldığı iddia edilib.

Yenixeber.org: Bu barədə saytımıza Azad İstehlakçılar İB sədri Eyyub Hüseynov məlumat göndərib. Şikayətçi Gülər Mehtiyevanın şikayətini ictimailəşdirən İB sədri bildirib ki, müştəriyə “Adore”da saxta ətir satılıb:
” Mehdiyeva Gülər Bayram qızı, 03.12.2025-ci il tarixində “Adore” mağazasının Gənclik Mall filialından Tizana Terenzi Kirke (402 AZN, endirimlə 28.40 AZN) ətir məhsulu almışam. Ödənişi kart vasitəsi ilə etmişəm. Məhsulu açıb istifadə etdikdən sonra onun keyfiyyətinin və qalıcılığının çox aşağı olduğunu müşahidə etdim.
Məhsulun üzərində üstün notların meyvə notları olduğu göstərilsə də, real istifadədə kəskin və xoşagəlməz qoxu gəlir.
Bundan əlavə, flakon üzərindəki seriya kodunun basma üsulla vurulması məhsulun orijinallığı ilə bağlı məndə ciddi şübhə yaratmışdır.
Bu məsələ ilə bağlı mağazaya müraciət etdim. Lakin mağaza əməkdaşları məhsulun orijinal olduğunu bildirsələr də, mənə köməklik göstərmədilər və “hara istəyirsiniz şikayət edin” deyə qeyri-ciddi münasibət sərgilədilər.
Halbuki məhsul mənə satılarkən satıcı tərəfindən onun qalıcılığının və keyfiyyətinin yüksək olduğu deyilmişdi.
Biznes qrumları Nazirlər Kabinetinin 114 saylı qərarından istifadə edib saxta ətirləri baha qiymətə satır”.
Şikayətçi ödədiyi məbləğin geri qaytarılmasını tələb edir.
Məsələ ilə bağlı “Adore” mağazalar şəbəkəsi ilə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimiz cavabsız qaldı./tribuna/

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam