Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Duman” restoranında təhlükəli vəziyyət-VİDEOFAKT


Bakı şəhəri Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 26/b ünvanında yerləşən “Duman” restoran-pub ətrafında ciddi təhlükəsizlik problemi yaranıb.

Yenixeber.org: Binada yaşayan sakinlərin iddialarına görə, restoran sahibləri qanunvericiliyin tələblərinə zidd olaraq qaz balonlarını yaşayış binasının zirzəmi hissəsində saxlayır və onlardan aktiv şəkildə istifadə edirlər.
Sakinlər bildirirlər ki, bu cür qaz balonlarının zirzəmidə yerləşdirilməsi partlayış və yanğın riskini xeyli artırır. Xüsusilə binada yaşlı insanlar və azyaşlı uşaqların yaşaması təhlükəni daha da ciddi edir. İddialara görə, zirzəmidə hər hansı təhlükəsizlik və havalandırma sistemi mövcud deyil ki, bu da mümkün qəza zamanı ağır nəticələrə səbəb ola bilər.
Bir qrup sakin məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini bildirir. Onların sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi, Nəsimi Rayon İcra Hakimiyyəti və digər məsul strukturlara şikayətlər ünvanlansa da, indiyədək restoran barəsində real tədbir görülməyib.
“Hər gün qorxu içində yaşayırıq. Zirzəmidə qaz balonlarının olduğunu hamı bilir. Amma nə yoxlama var, nə də xəbərdarlıq. Sabah bir partlayış olsa, kim cavabdeh olacaq?” – deyə sakinlərdən biri bildirir.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, yaşayış binalarının zirzəmilərində qaz balonlarının saxlanılması və istifadəsi qadağandır. Bu cür hallara yol verən obyekt sahibləri inzibati və cinayət məsuliyyəti daşıya bilər.
Məsələ ilə bağlı “Duman” restoran-pubun rəhbərliyindən mövqe almaq mümkün olmayıb. Aidiyyəti dövlət qurumlarının isə yaxın vaxtlarda məsələni araşdıracağı gözlənilir.
Sakinlər ümid edirlər ki, bu məsələ mediada işıqlandırıldıqdan sonra müvafiq qurumlar hərəkətə keçəcək və mümkün faciənin qarşısı alınacaq.Aztimes.az

VİDEO LİNKDƏ: https://xalq.online/duman-restoraninda-tehlukeli-veziyyet-videofakt


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam