Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

BAĞA BAXMAZSAN, DAĞ OLAR...-319 saylı Uşaq Bağçası kimi

 

BAĞA BAXMAZSAN, DAĞ OLAR...

Yenixeber.org: Redaksiyamıza paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsindəki 319 saylı Körpələr Evi - Uşaq bağçasında neqativ hallar barədə çox ciddi informasiyalar daxil olmuşdur. Həmin məlumatlarda bağçaya uşaqların qəbulunda neqativ halların olduğu, özəl uşaq müəssisələrində olduğu kimi valideynlərdən aylıq pul toplanılması bildirilirdi. Daha ilginc məlumatda isə, müəssisəyə verilən ərzaq bağçanın sanitar işçilərinin birinin evindən satıldığı göstərilir. Bu sadaladığımız və digər məsələlərə aydınlıq gətirmək məqsədilə bağça müdirəsi Mayilə Vahabova ilə telefon əlaqəsi saxladıq. Mayilə müəllimə rəhbərlik etdiyi müəssisədə vəziyyətin şahidi olmağımız və sözügedən məsələlər ətrafında söhbət aparmaq üçün bizi bağçaya dəvət etdi. Vədələşdiyimiz kimi, təyin olunan vaxtda - gündüz saat 11:00 radələrində uşaq bağçasında olduq. Elə ilk baxışdan bağçada vəziyyətin arzuolunan səviyyədə olmadığını müşahidə etdik. Darvaza taybatay açıq idi ki, bu da uşaq müəssisəsinin kənar şəxslərdən etibarlı mühafizə edilməməsindən xəbər verirdi. Həyətdə antisanitar vəziyyət hökm sürürdü. Saat 11:00 - 12:00 arasında, yəni vaxt reqlamentini pozaraq valideynlərin bağçaya uşaq gətirdiklərini görəndə isə, belə qənaətə gəldik ki, nizam-intizam da yerində deyil. Ən pisi də bu idi ki, bağça müdirəsi özü yerində yox idi. Zəng edib Mayilə xanıma bizim sualları cavablandırmalı olduğunu xatırlatdıq. O, bizi "yola vurduğundan" əsla utanc hissi keçirmədən görüşməkdən, suallarımızı hətta telefonda belə cavablandırmaqdan yayındı. Əvvəlcə dedi ki, bizi yalnız şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı ilə qəbul edə bilər. Biz ona, nümayəndə kimi ŞİH-dən görüşümüzdə iştirak etmək üçün istədiyi şəxsi dəvət etməsi ilə razılaşdığımızı bildirəndə isə ümumiyyətlə, nəyisə əsas göstərməyə ehtiyac duymadan bizimlə təmasdan imtina etdi. Yazı hazırlandığı ərəfədə  Mediatv.az-a daxil olan başqa bir məlumatda bildirilirdi ki, Mayilə müəllimənin rəhbərlik etdiyi müəssisədə uşaqlar ümumiyyətlə saat 16:00-dan sonra saxlanılmır. Bu isə belə düşünməyə əsas verir ki, onlara ayrılan qida məhsullarının axşam saatlarında istehlak edilməli hissəsi tam olaraq mənimsənilir. Yəqin ki, məsələ ilə bağlı rəsmi məktubla müraciət edəcəyimiz aidiyyəti qurumlar bütün qaranlıq suallara cavab tapa biləcəklər.(mediatv.az)

BAĞA BAXMAZSAN, DAĞ OLAR...
BAĞA BAXMAZSAN, DAĞ OLAR...
BAĞA BAXMAZSAN, DAĞ OLAR...
BAĞA BAXMAZSAN, DAĞ OLAR...
BAĞA BAXMAZSAN, DAĞ OLAR...
BAĞA BAXMAZSAN, DAĞ OLAR...
BAĞA BAXMAZSAN, DAĞ OLAR...
BAĞA BAXMAZSAN, DAĞ OLAR...
BAĞA BAXMAZSAN, DAĞ OLAR...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam