Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Büllur Məmmədova: “Hər insanın içində bir şair yatır”

Büllur Məmmədova: “Hər insanın içində bir şair yatır”

Tanınmış psixoloq, ictimai fəal və maarifləndirici fəaliyyətlə məşğul olan Büllur Məmmədova bu dəfə fərqli bir tərəfi ilə ədəbiyyata, duyğulara və yazıya olan həssas münasibəti ilə qarşımızdadır. Onun sözlərində insan ruhuna toxunan dərin səmimiyyət var.

“Biz Büllur Məmmədovanı fərqli tərəfdən tanıyırdıq”

Büllur xanım, biz sizi uzun illərdir narkotiklərlə mübarizə və maarifləndirmə sahəsində fəal bir təlimçi kimi tanıyırıq. Siz BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının sessiyalarında iştirak etmisiniz, beynəlxalq təşkilatlarda yeni biliklər qazanaraq onları Azərbaycan gənclərinə və cəmiyyətinə çatdırmısınız.
Eyni zamanda, siz Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsüsünüz, amma bu tərəfinizi çox zaman qabartmırdınız. Bu dəfə isə sizi bir az fərqli ədəbiyyata yaxın, zərif hisslər daşıyan bir Büllur xanım kimi görürük. Bütün bunların fonunda ədəbiyyat marağınız necə formalaşdı?

Büllur Məmmədova:

Əslində, ədəbiyyat mənim içimdə həmişə olub. Sadəcə, bəzən insan hisslərini bölüşməyə tələsmir. Mənim üçün yazmaq sükutun içində bir söhbətdir. Hər misrada, hər cümlədə bir duyğu yaşayır. Ola bilsin ki, indi bu hissləri paylaşmaq üçün doğru zamandır.
“Yazmaq həm maarifləndirmə, həm də şəfa verməkdir”

Sizin “Din və narkomaniya” kitabı yazdığı haqqında məlumatımız var. Bu kitab maarifləndirici ya mənəvi bir dərinlik hiss olunur? Bu kitabı yazarkən əsas məqsədiniz nədi?

Büllur Məmmədova:

Kitabda mən faktlardan çox, insanın ruhuna toxunmağa çalışdım. Mən istəyirdim ki, oxucu təkcə narkomaniyanın təhlükəsini deyil, həm də mənəvi dirçəlişin yollarını görsün. Din, inam və sevgi insanı qoruyan ən güclü dayaqdır. Yazmaq mənim üçün həm maarifləndirmədir, həm də şəfa vermək.

Müxbir:

Uşaqlar üçün yazdığınız kiçik hekayə və mətnlərdə sadə, amma çox təsirli bir dil hiss olunur. İlhamınızı nədən alırsınız?

Büllur Məmmədova:

Uşaqlar dünyanı çox təmiz görürlər. Onların baxışı, gülüşü, səmimiyyəti insana yaşamaq həvəsi verir. Mən yazanda bir az uşaqlığıma qayıdıram. Uşaqlar üçün yazmaq  saf duyğularla danışmaq, sevgini sadə sözlərlə ifadə etməkdir.
“Uşaqlar üçün yazmaq — saf duyğularla danışmaqdır”

Müxbir:

Sizi gələcəkdə daha çox hansı janrda görəcəyik — şeir, hekayə, yoxsa publisistika?

Büllur Məmmədova:

Janr mənim üçün əsas deyil. Yazmaq bir duyğunun təzahürüdür. Bəzən bir misra olur, bəzən bir cümlə, bəzən bir hekayə. Amma hər yazıda bir nəfəs, bir səmimiyyət var. Mən yazanda öz ruhumu dinləyirəm.

Son olaraq, ədəbiyyat sizin üçün nədir?

Büllur Məmmədova:

Ədəbiyyat ruhun dili, qəlbin səsi, bəzən isə sükutun özü… 

Yazmaq mənim üçün nəfəs almaq kimidir. Hər insanın içində bir şair yatır, sadəcə onu oyatmağa cəsarət lazımdır.

Büllur Məmmədova illərdir gənclər arasında sağlam həyat tərzinin təbliği, narkomaniyaya qarşı maarifləndirmə və psixoloji dəstək sahəsində uğurlu layihələr həyata keçirir. Onun yeni ədəbi yaradıcılığı isə oxuculara həm düşünmək, həm də hiss etmək fürsəti verir.

Cavidan Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam