Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı /FOTOLAR

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi  yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO
Bu yolun açılışı tarixindən heç 1 il də keçməyib.

Yenixeber.org: Ötən il noyabrın 7-də Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib.
Uzunluğu 12,7 kilometr olan yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə Digah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı və Pirşağı qəsəbələrinə qədər uzanır.
Yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikilib. Açılışında Agentliyin sədri Saleh Məmmədov yolun keyfiyyəti, üstünlüyü haqda məlumatlar verib.
Lakin üstündən heç 1 il keçməmiş yeni yolun böyük bir hissəsi təmirə bağlanıb. Pirşağı, Kürdəxanı, Nardaran istiqamətində hərəkət edən sürücülərin sevinci çox az çəkdi. Artıq yolun əksər hissəsinin asfaltı yenilənib. Hazırda 3-4 km-lik hissəsində asfalt yenidən dəyişdirilir. Bu da sözügedən istiqamətdə kilometrlərlə tıxacların yaranmasına səbəb olur.
Maraqlıdır, yeni salınan asfaltın istismar müddəti cəmi 1 il idimi? Asfalt niyə yenidən dəyişdirilir? Yolda hansı problemlər yaranmışdı?
İnanmaq istəyirik ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bu suallara tutarlı cavabı var.(“Yeni Sabah”)






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam