Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

İmişlidə qəza törədərək hadisə yerindən qaçan, yaralı körpələrə ürəyi ağrımayan Əziz Quliyev KİMDİR? -ŞOK DETALLAR/FOTO


İmişlinin Qaraqaşlı-Xoşçobanlı avtomobil yolunun 32-lər kəndi ərazisindən keçən hissəsində avqustun 5-də iki minik avtomobilinin toqquşması ilə müşayət olunan qəza baş verib.
Yenixeber.org: Hadisə nəticəsində 2007-ci 2012-ci və 2013-cü il doğumlu oğlan uşaqları yaralanıb.
Belə ki, "Opel" və "Mercedes" markalı avtomobillər toqquşub.
Araşdırma zamanı məlum olub ki, "Opel"in sürücüsü Xoşçobanlı kənd sakinidir. "Mecedes"i idarə edən şəxs isə İmişli Mərkəzi və MAL bazarının müdiri Əziz Quliyevdir.
İddialara görə, Əziz Quliyev qəzadan sonra hadisə yerindən qaçıb. Halbuki, yaralıları qoyub qaçmağın özü bir cinayət sayılır və hüquqi məsuliyyət yaradır. Ancaq Quliyevin qaçmaqda məqsədinin başqa olduğu sonradan ortaya çıxıb. Belə ki, Əziz Quliyev sükan arxasında özünün olmadığını, bacısı oğlunun avtomobili idarə etdiyini deyib.
Amma hadisə yerində olanların iddiasına görə sükan arxasında Əziz Quliyev özü olub. Görünür, Əziz Quliyev öz havadarlarına arxalanır. Elə ona görə də, hər zaman İmişli sakinlərinə zülm edib, digərlərinin əmlak payını zor gücünə əlindən alıb.
Bütün bunlar bir yana, öz iştirakı ilə baş verən qəza zamanı yaralılara yardım etməməsi, onları ölümcül vəziyyətdə qoyub qaçması insanlığa sığmır. Hadisə vaxtı qəzaya düşmüş avtomobildə çabalayan yaralı körpələri görüb, onlara kömək etməmək vicdansızlığın ən pik həddi sayıla bilər. Ancaq inanırıq ki, tezliklə haqq öz yerini tapacaq. Necə deyərlər, "nahaq qan yerdə qalmaz".(TehsilMedia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam