Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ağdaşın icra başçısının ovqatı... - Çətin vətəndaşın halından anlasın...

Belə bir ovqatda olan icra başçısı... -
Bir neçə gün öncə Ağdaş rayonunda təşkil olunan "Peşən sənsən” adlı festivalda iştirak edən Ağdaş rayon icra başçısı Orxan Hüseynzadə, festivalda qurulmuş stendlərə baxış keçirərək, peşə sahibləri ilə də söhbət edib. Lakin festivalda yaşanan bir məqam, diqqətləri üzərinə çəkib.
Yenixeber.org: İcra başçısının, peşə sahibləri ilə söhbət etdiyi zaman bildirib ki, Ağdaşda bu cür peşə sahiblərinin olduğundan xəbərsiz olub. Daha sonra isə diqqət çəkici bir açıqlama verərək, saçını qırxdırmaq üçün Bakıya bərbərə gediyini qeyd edib.

Bu sözlər, xüsusən də icra başçılarının təyinatları zamanı ölkə başçısı tərəfindən qəbul edildiklərini və onlara xalqa xidmət etmələri üçün məsləhətlər verildiyini nəzərə alaraq, cəmiyyətdə böyük müzakirələrə səbəb olub. Bir çoxları, Orxan Hüseynzadənin bu açıqlamasının, yerli rəhbərlərin öz rayonlarına daha yaxın olma və yerli xidmətlərdən faydalanmağı düşünmələri gərəkdiyini vurğulayırlar.
Xalqın xidmətində olmaq və yerli problemləri birbaşa izləmək məqsədini daşıyan icra başçıları, belə açıqlamalarla cəmiyyətdə mənfi təəssürat yarada bilər. Cənab Orxan Hüseynzadənin bu açıqlamaları, artıq bölgə sakinlərinin və sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib.(Dia-az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam