Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

"Sənsən" -Quliyev  Elxan     

 

SƏNSƏN

Bu şeiri sentyabr 1947-ci il təvəllüdlü Azərbaycan Sənaye İnstitutunun məzunu,  fəxrimiz, kişi qeyrətli bacım Çimnaza həsr edirəm.

Birinci hissə-Gəraylı üslubunda

 

Unutmadım heç vaxt səni,

Evimizdə qalan sənsən.                     

Etibarlı gördüm səni,                           

Qədirimızi bilən sənsən.

 

Evimizin çilçırağı,                                

Yol göstərən tək mayağı,                                            

Dözümlükdə oxşarlığı,

Anamıza bənzər sənsən.

 

Dünya baxmır vara,yoxa,

Yetirdiyi yaşa dola,                                

Ömür sürə mövqe tuta,                        

Həyat yolu seçən sənsən.                   

 

Anamızı tək qoymadın,

Varlığını unutmadın,                                                    

Arzusuna kəm baxmadın,

Yox cavabı verməz sənsən.

 

Əzab çəkdin danışmadın,

Susqun oldun dillənmədin,                                   

Xidmət etdin yorulmadın,

Əvəzsizsən bizdə sənsən.

 

Dediyindən dönməz bacı,

Mürivətdən düşməz tacı,                                         

Dildən şirin olmaz acı,                            

Yurdumuzun fəxri sənsən.

 

Zülmü gördün çəkinmədin,

Çətinliyi böyütmədin,

Mənliyini itirmədin,                                  

Susqunluğun dərdi sənsən.

 

 ***

 

İkinci hissə-Qoşma üslubunda

Bənzərsiz insansan elimizdə sən,        

Əvəzsiz bacısan dayaqsan sənsən.         

Qüsursuz övladsan həyatımızda sən,       

Yaxşını yamandan seçən də sənsən.

 

Təhsilə gül olub Bakıya köçdük,

Səadət yolunu şəhərdə gördük,                                              

Təklifi öyrənib  “neməti” böldük.

“Təyinat” yoluyla gedən də sənsən.

 

Kərəmli dünyadan sən kənar oldun,

Yetərli gülüydün saralıb soldun,               

Qardaşa, bacıya sən dayaq durdun,      

Taleyin əmrinə dözən də sənsən.

 

Dərdinə şərikəm,sənlə birgəyəm,

Ağlasan aglaram,gülsən gülərəm,                                 

Əmrinə müntəzir olub gələrəm,             

Həqiqət naminə susan da sənsən.

 

Ünvanlı itkimi görə bilmirəm,

Ayrılıq dərdinə dözə bilmirəm,               

Milliyət cırlaşıb deyə bilmirəm,             

Nöqsanı ötürməz, bilən də sənsən.

 

Evlad da,mənlik də qardaş kimidir,

Gələcək həyata ümid yeridir,                 

Düşəcək bəxtinə dərdi-sərindir,               

Olacaq həyata dayaq da sənsən.

 

Yurdumuz boşalır neyləyim ki,mən,

Göz yaşım tökülür ovcuma dən-dən,    

Yeriyə bilmirəm şıkəstəm mən-mən,               

Atamız yurdunda ümidim sənsən.

                                                                                      


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam