Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

"Baş bankirin oğlu Hərbi xidmətə Q7 ilə gəlmişdi…"

5828

Jurnalist İlkin Əhmədov manatın ikinci kəskin devalvasiyasından sonra yenidən ictimai nifrətin hədəfinə çevrilmiş Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun oğlu ilə bağlı Feysbukda maraqlı post paylaşıb.

Xeberinfo.com:   İ.Əhmədov yazır:

“Elman Rüstəmovun oğlu mənim əsgərim olub: Cəlilabadda yerləşən N saylı hərbi hissə, 2007-ci ilin iyul çağırışı, Artilleriya divizionunun 3-cü batareyasının İdarəetmə tağımının əsgəri… Hərbi andı içməyə qədər gəlmişdi, ardınca MOİK-ə ezam olunacaqdı, digər məmur övladları kimi.
Yadımdadır ki, o, hərbi hissəyə ilk dəfə Audi Q7 ilə gəlmişdi. Təbii ki, özü yox, sürücüsü sürürdü. Maşını Qərargahın qarşısında saxlatdırıb düşdü, sağa-sola, sonra komandirə baxıb dedi: “Əmi, bura da pis deyil a, bəlkə burada qalım, SKA-ya getməyim?”

Baş bankirin oğlunun “əmi” deyə müraciət etdiyi komandir Qarabağda qızğın döyüşlərin getdiyi vaxt 5 əsgəri ilə silahlı ermənilərin mühasirəsindən çıxan tabor komandiri idi. Mühasirədən çıxan zaman dizindən güllə yarası almışdı.
İndi də Elman Rüstəmov deyir ki, dəbdəbəli malların idxalını məhdudlaşdırmaq lazımdır. A bəy, sənin oğlun 2007-ci ildə Q7 sürürdüsə, indi yəqin vertolyotda gəzir! Dünyanın maliyyə mərkəzi hesab olunan Wall Street-də oturanlar işə qiyməti maksimum 20 min dollar olan maşında gəlir, Elman bəy son model BMW-də…”

Günümüzlə uzlaşan, ibrətamiz açıqlamadır.

lman

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam