Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Rəşad Cəbrayılov yeni başçı təyin edilən Rüstəm Xəlilovun "saqqızını oğurlaya" bilib

Uzun illərdir Salyan rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini və humanitar şöbənin müdiri vəzifəsində çalışan Rəşad Cəbrayılov yeni başçı təyin edilən Rüstəm Xəlilovun "saqqızını oğurlaya" bilib.
Yenixeber.org Belə ki, bu illər ərzində Salyan rayonunun "boz kardinalı" kimi tanınan, rayonda "qara kassa"ya nəzarət edən Rəşad Cəbrayılovun bundan sonra da bu işi davam etdirəcəyi bildirilir.
Bu barədə redaksiyamıza Salyandakı etibarlı mənbələrdən məlumat daxil olub.
Bildirilir ki, Azərbaycanın ən məşhur generallarından biri ilə yaxın qohum olan Rəşad Cəbrayılov bu illər ərzində qohumluq əlaqələrindən sui-istifadə edərək rayonda nəzarətində olan təhsil və səhiyyə sahəsini şəxsi təsərrüfatı kimi idarə edib.
R.Cəbrayılov hətta bu illər ərzindən Rayon İcra Hakimiyyətinin və tabeliyindəki müəssisələrin sifarişçi olduğu satınalmalara da nəzarət edib.
Rəşad Cəbrayılovun eyni zamanda təhsil və səhiyyə sahəsində də kadrların seçilməsinə "nəzarət" etdiyi, onun sözündən çıxan yerli məmurların karyeralarının ciddi sual altına düşdüyü məlumatda vurğulanır.
R.Cəbrayılovun Yeni Azərbaycan Partiyasının sədri vəzifəsindən bir müddət öncə uzaqlaşdırıldığı bildirilsə də, onun hazırda yenə də partiyanın rayon təşkilatına rəhbərlik etdiyi, keçirilən bütün tədbirlərin, təşkilata vəzifəyə təyin edilən şəxslərin onun razılığı ilə həyata keçirildiyi deyilir.
Qeyd edək ki, Rəşad Cəbrayılov Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Vaqif Axundovun bacısı kürəkənidir. (azfakt.com)
PS:Deyilə görə Təzəlikcə Partiya sədrinin ad günündə kecmiş sədrlərinə bahalı hədiyyə göndərib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam