Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

“Laser Beauty Clinic”in bağlanan filialından YENİ BİABIRÇI GÖRÜNTÜLƏR: Türkiyəli həkim görün nə paylaşıb -FOTOLAR

Xəbər verdiyimiz kimi, “Laser Beauty Clinic”in filialının lisenziya əlavəsi dayandırılıb. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, Səhiyyə Nazirliyinin bir müddət əvvəl apardığı yoxlamalar nəticəsində “Laser Beauty Clinic”in filiallarından birində (Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi) nöqsanlar aşkar edilib və klinikanın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət daxil olub.  Məlumatına görə, Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün “Laser Beauty Clinic”in həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati akti ilə dayandırılıb, hazırda fəaliyyəti dayandırılmış filiala martın 12-dək nöqsanların aradan qaldırılması üçün müddət qoyulmuşdu.

Yenixeber.org: Nazirliyin qərarına baxmayaraq, “Laser Beauty Clinic” klinikasının İsmayılbəy Qutqaşınlı küçəsindəki filialı fəaliyyətini davam etdirir.  Hətta bununla bağlı yerli mediada məlumat da yayımlanıb.

Əldə etdiyimiz məlumata görə,  “Laser Beauty Clinic”in Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsindəki filialında fəaliyyət göstərən türkiyəli Dr.Ece Oktay adlı plastik cərrah keçirdiyi əməliyyat və prosedurlarda çəkilmiş videoları sosial şəbəkədə yayımlamaqdan çəkinmir.

Ən qəribəsi isə "Vagina daraltma əməliyyatları"nı zamanı lentə alınan görüntülərin paylaşılmasıdır. Hətta özü "Instagram"da "stories" bölməsində qeyd edib ki həmin əməliyyatın paylaşımlarına görə sosial şəbəkə hesabın məhdudiyyət qoyulub. 

Adıçəkilən həkim həmin əməliyyatları da məhz lisenziyası ləğv edilən filialda reallaşdırır.  Həmçinin orada digər plastik prosedurlar, əməliyyatlar da həyata keçirir. 

Xatırladaq ki, Rəna Soltanova Laser Beauty Clinic və Estetik Kosmetologiya Mütəxəssisləri İctimai Birliyinin təsisçisi və rəhbəridir.(32gün.az) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam