Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

"Muzdumuz kəsilir... Ruzimizə əl qoyulur..." -SOCAR rəhbərliyinin nəzərinə!

 

"Dənizdə əvvəllər canımız gedirdi, indi həm canımız, həm də pulumuz gedir..."

Yenixeber.org xəbər verir ki, bu barədə İqbal Dəmirov adlı SOCAR əməkdaşı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) səhifəsinə etdiyi müraciətində qeyd edir.
O daha sonra bildirir: "Yeni gələn köhnəyə rəhmət oxutdurur. Cənabi Rövşən Nəcəf həzrətlərinin dövründə bu vaxtadək görünməyən, misli bərabəri olmayan ilklərə imza atılır. Əvvəllər "dədə-baba üsulu" hesab olunan "borca-borc" variantında işçi dənizdə hava şəraiti və sair səbəblərdən smen başa çatsa da, evinə gələ bilmədikdə artıq qaldığı günlərin əvəzini növbəti "smen"lərdə evdə qalan işçilər ödəyirdi.
Nə bu dərəcədə dövlətə ziyan vurulurdu, nə də işçilərin haqqı tapdanırdı. Əlbəttə istisnalar var idi. Növbə dəyişməyə cavabdeh olan şəxslər məsuliyyətsizlik və ya səriştəsizlik etmiş olsalar da, gəmi və helikopter ilə kombinə edilmiş şəkildə vəziyyətdən çıxılırdı. Neft sənayesi üzrə dənizdə işləyən işçilərin həyat tərzinin ümumi mənzərəsi belə idi. Qonşu yataqlarda,xarici şirkətlərdə işləyənlərə həsədlə baxa-baxa köçümüzü sürürdük.
Fevral ayının 21-i günü "smen" dəyişməli olsa da, günlərlə boşdayanma yazılıb 26 fevralda iş yerinə çatırıq. Bir neçə saatlıq növbə dəyişmə əməliyyatı 5-10 sutkaya həyata keçirilir. Nəticədə, kateqoriyası fəhlə olan ( bu kəlmə qıcıqlandırıcı olsa da, qədim Hindistanı, kastaları xatırlatsa da rəsmən belədir: SOCAR-da işçilər iki kateqoriyaya bölünür. Birinə fəhlə adı verilir digərinə mühəndis). Fevral ayının əmək haqqı ilə əvvəlki ayların əmək haqqı arasında 600 manat fərq olur.
Muzdumuz kəsilir. Ruzimizə əl qoyulur.
Həmin bu məşum fəhlə kateqoriyası (sinifi,silki, kastası) məşşəqətli günlərini davam etdirir. İnfilyasiyanı, qiymətlərin artımını az qala günbəgün hiss etdiyimiz halda, rəsmi infilyasiya rəqəmlərinin son 5 illik həddi 50 faizi keçsə də 5 il ərzində 1 faiz də əmək haqqı qaldırılmasa da kateqoriyamız dözürdü.Bonus,maaş artımı altında "sevimli kasta"ma ardıcıl zərbələr vurulsa da yenə dözürdük. Keçən il karlı maaş artımı oldu, bizim kastaya şamil olunmadı.Bonus oldu,bizim kastaya bir qat tətbiq olundu. İndi də boşdayanma.Yalnız fəhlə sinfinə tətbiq olundu Nə sahə rəisləri nə müavinləri bu məhrumiyyətləri hiss etmir.
Hörmətli SOCAR rəhbərliyi, əmək haqqı işinə baxanları, əmək müfəttişliyi, həmkarlar ittifaqı, və başqa aidiyyatı qurumlar bu problemləri görməzdən gəlir. Yəqin ki, bizim kimi insanları işdən azad eməklə fəhlə haqqlarının "qorunması" prosesi də sual altında qalacaq..." (Dia.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam