Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Şəkinin "möhtəşəm" tibb məntəqəsi

 

 

       Şəkildən açıq aydın gördüyünüz bu "möhtəşəm" tibb məntəqəsi Şəkinin Fazil kəndində fəaliyyət göstərir

 

   "xeberinfo.com": Gördüyümüz bu daxmanı heç də böyük bir kəndin tibb məntəqəsi kimi təsəəvvür etmək olmur. Rayondakı mənbəmizdən redaksiyamıza daxil olan məlumata görə, minlərlə əhalisi olan Fazil kəndinin sakinləri öz sağlamlıqlarını bu tibb məntəqəsinə etibar edirlər. Halbuki, bu "möhtəşəm" tibb məntəqəsini görəndə onun fəaliyyətini təssəvvür etmək o qədər də çətin deyil. Mənbəmiz qeyd edir ki, bəzən adi xəstələrdə müalicə üçün qonşu kəndlərə, ya da ki, rayon mərkəzinə üz tutmalı olurlar. Bu da aydın məsələdir ki, həm pul, həm də vaxt etibarilə müəyyən problemlərə səbəb olur.Mənbəmizin verdiyi məlumatda o da bildirilir ki, bu tibb məntəqəsinin qapısı həftələrlə, hətta aylarla sakinlərin üzünə bağlı olur.
     Bəs görəsən, hər il dövlət büdcəsindən səhiyyəyə ayrılan milyonlarla manat vəsait hara xərclənir? Milyonlarla manat vəsait qarşısında  bu kimi tibb məntəqəsini görmək həmin pulların necə xərcləndiyindən xəbər verir. Bütün bunlar onu göstərir ki, səhiyyə sahəsində korrupsiya "ayaq açıb yeriyir". 
     Maraqlı bir sual da odur ki, görəsən həmişə Azərbaycanın inkişafından danışan hakimiyyət qurumları gözlərinin qabığanda olan bu kimi ən böyük problemləri görmürlər? 
      Mövzunun davamı olacaq 
 
   

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam