Baş həkim «ölü can»ların iş yerlərini satır
Şəki şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Məcid Əliyev şəhər xəstəxanalarında, poliklinikalar da tibb bacısı yerlərini 3 min, kənd sahə xəstəxanalarında "boşaltdığı" yerləri isə1500 manata , sanitar və xidmətçi yerlərini isə daha aşağı qiymətə satır…
"xeberinfo.com": Şəki şəhər Mərkəzi Xəstəxanasına və Şəki Səhiyyə İdarəsininə aid olan tibb ocaqlarına son bir neçə ayda çoxlu sayda adam işə qəbul olunub. Hazırda baş həkim hələ də boş yerlərin olduğunu bildirir və açıq şəkildə boş yerlərin qiymətini iş istəyənlərə bildirir. Belə ki, baş həkim Məcid Əliyev şəhər xəstəxanalarında, poliklinikalar da tibb bacısı olmaq istəyənlərdən 3 min manat aldığı iddia olunur. Kənd sahə xəstəxanalarında tibb bacısı olmaq həvəsinə düşənlər isə1500 manatlarından keçməlidirlər.
Bu barədə redaksiyamızı bilgiləndirən mənbənin məlumatına görə Məcid Əliyev işdən çıxarıla bilməsi ilə bağlı müəyyən siqnallar alıb. Elə ona görə də baş həkim bu vaxta qədər Mərkəzi Xəstəxanada, Poliklinkalarda və kənd xəstəxanalarında adı olub özü olmayan "ölü can"larının yerinə real insanları işə almağa başlayıb. Bununla baş həkim həm işdən ayrılmazdan əvvəl həm yaxşı qazanc yeri əldə edib, həm də özündən sonra gələn baş həkim üçün «ölü can» saxlamaq istəmir. Yəni baş həkim faktiki olaraq özünün korrupsiyasını özü süpürməklə məşculdu. Amma bu işdən baş həkim həm də qazancılı çıxır. Çünki boşalan yerlər satışa çıxarılıb və baş həkim bu alverdən heç də az qazanmır.
Qeyd edək ki, Şəki rayon Mərkəzi Xəstəxanasının nəzdində Şəki şəhərində 6 xəstəxana, 7 poliklinika, kəndlərdə isə 15 kənd tibb məntəqəsi və 3 sahə xəstəxanası var. Mənbənin verdiyi məlumatda göstərilir ki, son 3 ayda rayon Şəki rayonunda fəaliyyət göstərən tibb ocaqlarına xeyli sayda tibb bacısının, texniki və sanitariya işçilərinin işə qəbul olunduğu bildirilir.
Həmçinin daxil olan məlumatda göstərilir ki, Məcid Əliyev bir çox kənd sahə xəstəxanalarına öz yaxın adamlarını tibb məntəqə rəisi təyin etdirməklə onların əli ilə ayrılan vəsaitlərin silinməsində və bir çox şəxslərin adlarının həmin tibb ocaqlarında getməsinə şərait yaradıb. İndi isə həmin yerlər baş həkim tərəfndən satılır.
Bundan başqa daxil olan məlumatda göstərilir ki, uzun illərdir ki, Şəkinin tibb ocaqlarına ayrılan dərman və tibbi pereparatların heç 20 faizi də tibb ocaqlarına verilmir. Hər il Şəkiyə dövlət tərəfindən ayrılan təqribən 1 milyon manatlıq dərman pereparatlarının demək olar ki, 90 faizi müxtəlif apteklərdə, (onların çoxusunun elə baş həkimə və ona yaxın olan şəxslərə aid olduğu bildirilir),satılır. Mənbə bildirir ki, məlum apteklərdə yoxlama aparılsa, həmin xəstəxanalarda külli miqdarda qeydiyyatda olmayan dərmanlar tapılacaq. Həmin dərmanların məhz dövlətin Şəki səhiyyəsinə ayırdığı dərmanlar olduğu bildirilir.
Həmçinin bildirilir ki, gərəkdiyi zaman problem yaranmaması üçün baş həkim elə xəstəxanalarda və tibb məntəqələrində həmin dəmanları xəstə yaxınlarına satır. Heç bir xəstə heç bir zaman pulsuz bir bint belə almağı düşünə bilməz. Məlumatda göstərilir ki, yumor hissləri güclü olan şəkililər bunu heç yuxuda da təsəvvür edə bilmirlər.
Eyni vəziyyət Şəki Mərkəzi Xəstəxanasına ayrılan ərzaqla bağlı da müşahidə olunduğu göstərilir. Bildirilir ki, ərzaq üçün ayrılan pulların böyük hissəsi saxta sənədlər əsasında nəqdləşdirilərək mənimsənilir.
Məlumatlı mənbə qeyd edir ki, baş həkim şəhər xəstəxanalarında poliklinikalarında işləyən bir çox həkimlərdən, cərrahlardan aylıq hesab alır. Həmçinin baş həkimin əsas qazanc mənbəyi Doğum evi, Birləşmiş uşaq xəstəxanası, Mərkəzi Poliklinika və onun 1, 2 saylı uşaq şöbələri, Təcili tibbi yardım stansiyası və Təxirəsalınmaz tibbi yardım regional məntəqəsi olduğu göstərilir.
Məlumatlı mənbə iddia idda edir ki, qeyd etdiyimiz xəstəxanalarda çalışan həkim və cərrahlardan, şöbələrin, stansiyaların müdirlərindən baş həkim Məcid Əliyev aylıq 1000 manatdan 2500 manata qədər "aylıq" alınır.