Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Seçicilərindən Əhliman Əmiraslanova ultimatum: BURALARA GƏLMƏSİN

 

Redaksiyamıza müraciət edən Kürdəmir rayonunun Sığırlı kəndinin sakinləri təkrarən namizədliyi hakim Yeni Azərbaycan Partiyasından 65 saylı Saatlı-Kürdəmir-Sabirabad seçki dairəsindən irəli sürülmüş, sözügedən seçki dairəsinin hazırki deputatı - Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovdan şikayətçidirlər.

"Xeberinfo.com":   Məlumata görə, narazı olan Sığırlı sakinləri DİA.AZ-a bildirirlər ki, onlar təkrar olaraq Əhliman Əmiraslanovun adını YAP-ın namizədlər siyahısında görəndə narahat olublar: "Çünki biz inanmırdıq ki, ulu öndərin qurduğu partiya yenə də Əhliman Əmiraslanovun namizədliyini rəli sürər. Biz bu xəbərdən narahatıq və bunu YAP rəhbərliyinin də bilməsini istəyirik". Son 5 ildə Əhliman Əmiraslanovun onlara tərəf baxmadığını, kəndlərinin ən primitiv problemlərinə belə diqqət ayırmadığını deyən Sığırlı sakinləri illər əvvəli - Əhliman Əmiraslanovun 5 il əvvəl kəndlərinə gəlişini də xatırlayırlar.

DİA.AZ-a deyilənlər: "Əhliman Əmiraslanova dedik ki, kəndimizin - 8-10 min əahlisi olan Sığırlı kəndinin xəstəxanası bağlanıb və əvəzində tibb məntəqəsi fəaliyyət göstərir. Biz isə xəstəxananın yenidən fəıaliyyətə başlamasına nail olması üçün Əhliman müəllimdən kömək istədik. O isə bizə bildirdi ki, həmin xəstəxananın bərpası üçün bir kişi kimi əlindən gələni edəcək". Sakinlərin sözlərinə görə, qonşu Karrar kəndində 3 min əhali olsa da, oranın xəstəxanası var. Amma Sığırlının 3 dəfə böyük olmasına baxmayaraq, kənddə xəstəxana yoxdur və buna görə Sığırlı sakinləri xeyli əziyyət çəkirlər. Daha sonra sakinlər dia.az-a bildirirlər: "Bizi maraqlandıran odur ki, bir dəfə də seçiciləri ilə maraqlanmayan Əhliman Əmiraslanov YAP üçün nədən bu qədər maraqlıdır?"

Qarşı tərəfi də dinləməyə hazırıq... 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam