Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Ailə” tibb mərkəzi bağlana bilər

 

Paytaxtın Bakıxanov qəsəbəsində yerləşən “Ailə” tibb mərkəzinin fəaliyyətinə dair bir çox iradlar var. 

 

"Xeberinfo.com":   Məlumata görə, tibb mərkəzinin rəhbəri Tamella Qurbanovadır. O, həm də 2 saylı Doğum Evinin nəzdində fəaliyyət göstərən Qadın məsləhətxanasında çalışır.
Mənbənin dia.az-a dediyinə görə, dövlət tibb müəssisəsində işləyən həkim, bura gələn pasientləri sonrakı müalicə üçün özünün açdığı özəl tibb mərkəzinə yönəldir. Təbii ki, belə olan halda malik olduğu imkanları Tamella Qurbanova üçün ideal şərait kimi qiymətləndirmək olar. 
“Ailə” tibb mərkəzi adi bir 5 otaqlı mənzilin divarları arasında fəaliyyət göstərən müəssisədir. Həkim kabinetlərinin sayı isə cəmi ikidir. Onlardan biri stomatoloji kabinet, digəri isə təbii ki, Tamella xanımın özünün xəstələri qəbul etdiyi ginekoloji kabinetdir. 
Səhiyyə Nazirliyi tərəfindən müvafiq lisenziyanın hansı əsasla verildiyi də müəyyən suallar doğurur. “Ailə” tibb mərkəzinin yerləşdiyi mənzildəki darısqallıq və şəraitsizliklə bərabər, həm də burada adətən hökm sürən natəmizlik və antisanitar vəziyyət var.
Mənbə qeyd edir ki, nazirlik tərəfindən yoxlama nəticəsində “Ailə” tibb mərkəzinin fəaliyyətində bir sıra ciddi nöqsanlar aşkarlanıb.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam