Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

ATİAHİ-nin Lənkəran RHK sədrinin qanunazidd hərəkətləri...

ATİAHİ-nin Lənkəran RHK sədrinin qanunazidd hərəkətləri
Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Lənkəran RHK-da sədr, məsləhətçi, mühasib və sürücü ştatları mövcuddur. Komitə sədri Qurbətəli Zeynalov həyat yoldaşını məsləhətçi vəzifəsinə təyin edib və bunun korrupsiya haqqında qanunverericiliyin tələblərinə və etikaya ziddir.

Yenixeber.org: Sosial şəbəkələrdə yazılan şikayətlərə görə, komitə sədri təmsil etdiyi təşkilata və üzvlərinə böyük hörmətsizlik edir.
Qurbətəli Zeynalov Mersedes ML markalı ağ cip olan şəxsi avtomobilə malikdir və qoy sağlığına qismət olsun! Ümid edirəm o bu avtomobili Lənkəran İH-də çalışan oğlunun, sədri olduğu komitədə məsləhətçi işləyən həyat yoldaşının və öz maaşı hesabına alıb. Komitənin Hunday Accent markalı ağ rəngli sedan avtomobilini isə arvadının ixtiyarına verib və o da ayrıca işə gəlir. Dövlətin və müəllimlərin pulunu şəxsi əmlakı bilib ailəvi idarə edən bu adam sözü gedən xidməti avtomobilə kimi sürücü təyin edib bilən yoxdur. Ehtimal budur ki, bu avtomobilin sürücüsü də formaldır və əmək haqqısı mənimsəlinir, bir sözlə üçü birində...
Hansı üzlə və vicdanla minlərlə təhsil işçisinin gözü önündə bunları etmək olar?
Mövzuya qayıdacağıq.(Fakt.info)
Qarşı tərəfin də söz haqqını tanıyırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam