Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

TOST piramida sistemi çökdü -idarəçilər yoxa çıxıb

 

“TOST idarəçilərindən xəbər yoxdur. Vəzir piyadaya dönüb aradan çıxdı. Bütün vəsaiti götürüb yoxa çıxdılar. Bu gün ödənilməli olan ödənişlərin heç biri baş tutmayıb. Piramida partladı”.

Yenixeber.org-un xəbərinə görə, bunu sosial şəbəkədə texnobloger Fərid Pərdəşünas yazıb.

Qeyd edək ki, Fərid Pərdəşünas bir neçə dəfə bu piramida sisteminin cəmiyyətdə qəsdən məşhurlaşdırılmasından yazıb, adamları təhlükə barədə xəbərdar edib, aldanmamağa çağırıb.

O, bu gün yazdığı statusda qeyd edib ki, minlərlə azərbaycanlı ailəsi son qazancını, kreditə götürdüyü vəsaiti, toy qızıllarını satıb bu şəbəkəyə yatırmışdı:

“Çox sayda insan pərişan vəziyyətdə qalıb.

Bu platformadan qazananlar, sən partlatdın, deyib həyasızca rəy yazanlar anlamırlar ki, onlar sadəcə başqalarının vəsaitini götürürdülər. Piramida böyüdükcə verdiyi zərər artır.

Bu saatdan sonra Daxili İşlər Nazirliyinə səbr arzu edirəm. Verilən zərər böyükdür və insanlar DİN-ə axın edəcək. Dələduzlar isə qəzəbli zərərçəkənləri mənim üstümə göndərib təhlükə yaratmağa çalışır.

Bildirmək istəyirəm ki, hər şey nəzarət altındadır. Lazımı tədbirlər alınıb və bu növ hədələrə qarşı ən sərt tədbirlər görüləcək".

TOST piramida sisteminin təhlükəsi barədə mediaya mütəmadi danışan hüquqşünas Şamil Paşayev də sosial şəbəkədə bu barədə yazıb.

O qeyd edib ki, Azərbaycanda məşhur olan maliyyə piramidaları “ponzi dələduzluq sisteminə” əsaslanır.

"Charles Ponzi tərəfindən qurulan, ABŞ-da 1900-cı illərin erkən zamanlarında az vaxtda yüksək gəlir vəd edən dələduz piramida üsuludur.

Bu sistemlərdə və piramidalarda ilk yatırımçıların pul qazanması mümkündür. Amma sonda təbii ki, bitməlidir. Heç bir biznes qoşulduğunuz pulun iki qatı qədər gəlir verə bilməz. Eyni zamanda daim gündəlik 2-3 faiz pul ödənməsi mümkün deyil. Yəni, bunun biznes və ya iqtisadi əsası yoxdur.

Məsələ ondadır ki, bu sistemə qoşulanlar da bunu bilir.  Buradan "pul qazanmaq" başqa dostunun pulunu yeməkdir.

Başqalarının itirəcəyi pulu özü üçün qazanc kimi güdən insanlar olduqca bu fırıldaqlar müxtəlif proqram və vədlərlə davam edəcək.

Amma əlində-ovcunda olanı buralara yatıranlara adamın yazığı gəlir.

Ponzi sistemli maliyyə piramidaları Türkiyə, Almaniya və sair ölkələrdə cinayətdir.

Azərbaycanda da mövcud qanunvericiliyə görə, bu piramidalarda iştirak, əhalinin bu piramidalarda pul qoymasına təşviq etmək, bunun üçün ətrafında 2-3, bəzən  isə 100 nəfərlik dəstə yaratma ciddi sorun yarada bilər.

Sadə adamlar bilməsə də, bu piramidalarda əsas iştirakçılar cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına dəstək olurlar.

Ponzi sistemlərində, maliyyə fırıldağı sistemləri subyektlərinə Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) 193-1-ci cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, 178-ci (dələduzluq) və vergidən yayınma cinayətlərinə görə məsuliyyətə cəlb edilə bilərlər.

Təbii ki, bu asan deyil, ilkin formada adamlar pul qazandıqlarına görə şikayət də yoxdur, amma sistem çökəndə şikayətlərin sayı da artacaq, Azərbaycanda maliyyə piramidası fırıldağına görə şəxslərin məhkum edilmə ənənəsi də var.

Azərbaycan bu piramidanı quranlar üçün böyük tikə deyil, amma bir çox adama ora yatıracağı 500-1000 USD böyük puldur.

Ponzidə adamlar az qatıldığında, yeni pul gəlməyəndə, maliyyə fırıldağını edənlər qazanc götürməyəndə yatırım edənlərə ödəmə edilə bilməz və sistem çökər, beləliklə ponzi şeması, səadət zinciri sonlanır. Sonra isə səadət zincirinizdəkilər şikayətçilərə çevrilirlər".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, internet resurslarında “Tost” maliyyə piramidası ilə bağlı kütləvi dələduzluq halları ilə bağlı məlumatlar yayılıb.

Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində həmin maliyyə pramidası ilə bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam