Redaktor seçimi
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
“Nurlu Karqo”nun Nursuz Oyunları -
Günün xəbəri

"Timsahın göz yaşları" yaxud ona inanmaq olarmı? -FOTOLAR

  

2020-ci ilin sentyabrında başlayan, 44 gün davam edən və müzəffər ordumuzun qələbəsiylə bitən Vətən müharibəsi xarici və daxili düşmənlərimizisanki göydən yerə çırpdı.

Yenixeber.org: Təsadüfi deyil ki, onların siması, iç üzü açılsa da belə, bu gün də ölkəmizə qarşı kin, qəzəb üfürməkdə davam edirlər. "Qarabağ alınsa, qulaqlarımı kəsəcəyəm" deyən qabil məmmədov kimi vətən xainləri və onların qulbeçələri utanmadan bu gün də özlərinə meydan axtarırlar.
Zabidov Cəlil də məhz belələrindəndir.  Yardımlı rayonunun Dəlləkli kəndində doğulan bu zatın internet resurslarındakı fəaliyyətinə göz gəzdirdikdə sanki ikinci qabil məmmədovun peyda olduğuna əmin olursan. Şübhəsiz, məmmədovkimilərin informatoru funksiyasını daşıyan Cəlil Zabidovun kimliyi haqda çox danışmayacağıq, bir-iki kəlmə də bəs edər.
Müəllim kimi (hansı fənni tədris etdiyini heç vaxt açıqlamır) fəaliyyət göstərən, 4 il öncə xuliqanlığa görə 5 ay həbsxana həyatı yaşayan Zabidov "islah olunandan" sonra dilini və dilçəyini yerində saxlaya bilmir. Adam gah Elm və Təhsil nazfirliyini, gah rayon İcra Hakimiyyətini, gah DİN-i, gah da ABK-ni suçlamağa başlayır. Ki müəllim adını daşımağın həsrəti onu üzür, bu həsrət uzandıca, adamın beyninə şər atmaq, kimisə yamanlamaq, hikkəsini pardaxlamaq kimi axmaq fikirlər gəlir. Haqq üçün, bəzən buna nail də olur...
Sonuncu parlament seçkiləri Cəlil "müəllimə" necə təsir edirsə, Kanal13-ə verdiyi müsahibədə "mən bundan sornra həyatımı saxtakarlığa qarşı mübarizəyə həsr edəcəyəm"  deyir. Amma yox, müəllimin dilinə görə dilçəyi olmur, hansısa gözəgörünməz qüvvə onu çətiri altına alır, rayonun mərkəzində qeyri-qanuni ticarətlə məşğul olmaq üçün şərait yaradır. Hətta o dərəcədə ki, yerli dairə seşki məntəqəsinə gedən  yolun üstü, dörd tərəfi belə müəllimin "mini" bazarının qurbanına çevrilib. Görünür parlament seçkiləri ilə bağlı rahatsızlığının hikkəsini yol bağlamaqla kompensasiya etmək istəyir. Bu hələ harasıdır, adam günün günorta çağı aksiz markası olmayan, ölkəyə qanunsuz gətirilən siqaretlərin az qala yarmarkasını təşkil etsin. Bu yarmarkada nəinki aksiz markasız siqaret, hamam vannasından tutmuş qarpıza qədər satılır. Cəlil "müəllim" piyada keçidlərini, səkiləri zəbt etməyi də unutmayıb.  Təsadüfi deyil ki, iyulun 15-20-si aralığında vergi müfəttişləri müəllimin bazarında adını çəkdiyimiz siqaretlərin satışını aşkar ediblər. Qərar nə olacaq deyə bilmərik, amma Zabidovun ağızdolusi qanunçuluqdan danışıb özünün qanunu pozmasına nə ad verilməsinə zənnimizcə, hüquq-mühafizə orqanları, müvafiq qurumlar aydınlıq gətirəcək. Müqəddəs zəfərimizi kiçildənlər, düşmən dəyirmanına su tökənlər var olduqca, hesab edirik, mübarizəni daha ötkəm aparmalıyıq, çünki Cəlil Zabidov kimilər də məhz belə ünsürlərdəndir...

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam