Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

İçkili halda avtoqəza törədən “YAP”ın namizədi Nigar Məmmədovanı Sahil Babayev necə direktor etdi?-İLGİNC FAKTLAR

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin siyahısı açıqlanıb. Siyahıda bir sıra yeni ismlər də var.

Yenixeber.org: Həmin şəxslərin kimliyi ilə bağlı araşdırmalar aparırıq.

Araşdırmalarımız görə 48 saylı Abşeron birinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa  namizədi Məmmədova Nigar Fikrət qızıdır.

Hal-hazırda  “DOST” İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsinə çalışan Nigar Məmmədova haqqında ilginc məlumatlar əldə olunub.

Onun keçmiş Ədliyyə naziri hal hazırda Konstitusiya məhkəməsinin hakimi Fikrət Məmmmədovun qızı olması ilə bağlı mətbuatda məlumatlar dərc olunmaqdadır. Lakin araşdırmamız zamanı məlum olmuşdur ki, o heç də Fikrət Məmmədovun qızı deyilmiş. Cəmiyyətdə özünə rəğbət qazanması taktikası seçmiş Nigar Məmmədova bu hiyləsi baş tutmamış və qısa müddət ərzində Fikrət Məmmədovun qızı olmaması məlum olmuşdur.

Dəqiq məlumatlara görə o bu barədə yaxın çevrəsinə tapşrıq vermişdir ki, soyad və ata adı eyni olmasını cəmiyyətdə fürsət kimi dəyərləndirsinlər.

Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev vəzifəyə təyin olunduqdan sonra  dərhal Nigar Məmmədovanı Protokol sektorunun müdiri təyin edib. Nazirin ən yaxın adamı hesab olunur.

Həmçinin araşdırmalarımız zamanı məlum olmuşdur ki, 2019-cu ildə Nigar Məmmədova  avtomobilini içkili vəziyyətdə idarə edərkən Saray postunda DYP əməkdaşlarının saxla əmrinə tabe olmayaraq avtoqəza törətmişdir.

Hadisə zamanı xəsarət alan olmasada Nigar Məmmədova haqqında inzibati tədbir görülməməsi üçün Sahil Babayevin müdaxiləsi ilə olayın cəmiyyətdən gizlədilməsi nail olunmuşdur.

Qeyd edək ki, Nigar Məmmədova vəzifə sahibi olmaq üçün dünyanın ən bahalı  London Universitetinin “Qlobal Diplomatiya – Müasir Dünya Diplomatiyası”, və Miçiqan Universitetinin “Uğurlu danışıqlar: Əsas strategiyalar və bacarıqlar” proqramlarını bitirərək sertifatlar əldə etmişdir.(xalq.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam