Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Ağalar Vəliyevin seçilməyəcəyi məlumdur…. -SƏBƏB

Milli Məclisin ən “stajlı” və ən çox susan deputatlarından biri olan Ağalar Vəliyevin namizədliyi yenidən YAP tərəfindən irəli sürülüb.

Yenixeber.org: Bu dəfəki siyahıda Vəliyevin namizədliyi əvvəlki 97 saylı Tərtər – Ağdərə – Goranboy dairəsindən deyil, 57 saylı Xaçmaz şəhər dairəsindən verilib. Bu dairəni keçmiş parlamentdə Eldəniz Səlimov təmsil edirdi ki, o da məlum cinayət hadisəsindən sonra həbs edilmişdi.

Ağalar Vəliyevin əvvəlki dairəsindən isə Anar Məmmədovun namizədliyi irəli sürülüb. Hansı ki, bu “cavan oğlan” da bundan əvvəl 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputat idi.

Yeri gəlmişkən qeyd edək ki, Anar Məmmədovun da Ağalar Vəliyev kimi, böyük bizneslə sıx əlaqəsi var. Belə ki, onun deputat olmasında vaxtilə Ziya Məmmədovun biznes ortağı kimi tanınmış qayınatası, iş adamı Qulam Ələkbərovun xüsusi rolunun olduğu barədə mətbuatda yazılar dərc edilib.

Ağalar Vəliyevə gəlincə, Yevlaxda dünyaya gəlmiş bu şəxsin dairəsinin nədən Xaçmaza dəyişdirildiyi müəmmalı görünür. Belə çıxır ki, uzun illər Goranboy-Ağdam-Tərtər üçün susan, bir deputat kimi heç bir siyasi fəaliyyəti müşahidə olunmayan Vəliyev indi də Xaçmaz və xaçmazlılar üçün susacaq. Əvəzində, deputat mandatı cibində, böyük tikinti və digər biznesləri də öz yerində. Xaçmazlıları indidən təbrik etmək olar… (Azpolitika)

Xatırladır ki, A.Vəliyev ilk dəfə parlamentdə 11 saylı Qaradağ Seçki Dairəsini təmsil edib. Dördüncü çağırış parlamentdə bu dairədən deputat olsa da, 2015-ci il beşinci çağırış və 2020-ci il altıncı çağırış Milli Məclisə 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən “düşüb”. Bu səbəbdən yeni dairə diqqət mərkəzindədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam