Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Dəbdəbəli villa qalmaqalı Gülarə Quluzadəni işsiz qoya bilər -Nazirlik təftiş edəcək?

bitmap-img6

Masazır qəsəbəsində qonşuları ilə yaranmış kanalizasiya problemi 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi direktorunu hədəfə gətirib 
Yenixeber.org: Abşeron rayon Masazır qəsəbəsi yoncalıq deyilən ərazidə 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktorunun dəbdəbəli villa tikdirməsi və qonşularla yaranmış kanalizasiya probleminin mətbuatda və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilməsi Gülarə Quluzadəni çətin vəziyyətə sala bilər.
Əldə etdiyimiz məlumata görə Gülarə Quluzadənin tikdirməkdə oldğu 4 mərtəbəli villası və ortaya çıxan narazılıq, şikayətlə bağlı Elm və Təhsil Nazirliyində də müzakirə aparılıb. Mərkəz direktorunun 3 mərtəbəli villa tikdirməsi həm cəmiyyətdə həmdə  Elm və Təhsil Nazirliyində birmənalı qarşılanmayıb. 
Bildirək ki, Gülarə Quluzadə tikilməkdə olan villasını 10 ilə yaxındır inşa etdiyini desədə, sosial şəbəkədə çoxsaylı rəylərdə onun bu villanı hansı pulla təmir etdirməsi əsas mövzu olub. Çünki 4 mərtəbəli villanı  tam təmirli halına gətirilməsi üçün ən azı 200 min manata yaxın vəsait lazımdır. Bu qədər vəsaiti isə Gülarə Quluzadənin  aldığı əmək haqqı ilə heç cür üst-üstə düşmür.
Dəbdəbəli villa qalmaqalı Gülarə Quluzadəni işsiz qoya bilər - Nazirlik təftiş edəcək?
Məlumata görə Gülarə Quluzadənin 4 mərtəbəli villasının gündəmə gəlməsindən sonra Elm və Təhsil Nazirliyi tərəfindən 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi təftiş ediləcək. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(azfakt.com)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam