Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Məşhur Məmmədovun Yenidən Deputat Seçilməyi Çətin Məsələdir:Qohumları Üsyan Edir

Masallının biznesmen-deputatı, məşhur “Embawood” mebel firmasının sahibi Məşhur Məmmədovun başı qalmaqaldan açılmır.

Yenixeber.org: Yerli qaynaqlardan aldığımız məlumata görə, deputatın biznesinə şərik olan qohumları ilə arasında ədavət yaşanmaqdadır.

Məlumatlın mənbənin müfəssəl bilgilərinə görə, M.Məmmədov yaxınları ilə olan gərginlik ucbatından əlindəki biznesin bir qismindən imtina etməli olub.

Xəbərlər gəlir ki, deputat şirkətlərinin, kredit təşkilatlarının və mebel firmalarının bir hissəsini məhz qohumları ilə yaranmış mübahisə üzündən itirib. Daha doğrusu, yaxınlarının ona qarşı çıxdıqları deyilir.

Qohumları da onunla yola getmirlər və deputata qarşı biznes söz-söhbətində üsyana qalxıblar.

Rəsmi məlumatda bildirilir ki, “Embafinans” QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin 60%-nə və 40%-nə nəzarət edən Elşad Abbasovla Məşhur Məmmədov (deputat – red) paylarının bir hissəsini yeni səhmdara satıb.

Yeni səhmdar isə Tamara Polyakovadır. O, səhmlərin 14%-ni əldə edib, nəticədə səhmdarların payı 51%-ə və 35%-ə düşüb. 

Xatırladaq ki, Millət vəkili Məşhur Məmmədovun oğlu Məmməd Şahbazovdan sonra qızı da Amerikaya köçüb.

Deputatın qızı Mədinə Şahbazova Nyu-Yorkda yaşayır.

Masallıda bağça müdiri iləyən M.Şahbazova artıq bir müddətdir ki ölkəni tərk edib.

Hətta bu barədə deputatın qızı öz “intagram” səhifəsində paylaım edib.

Bildirək ki, deputatın övladlarının Məşhur Məmmədovun atasının adını soyad olaraq qəbul ediblər.

Ötən ilin mayında mətbuatda gedən məlumatlara görə, 70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilən Məşhur Məmmədovun ABŞ-da yaşayan oğlu Məmməd Şahbazov “Masalli Enterprise LLC” adlı şirkət təsis edib. “Masalli Enterprise LLC” aprel ayının 20-də Nyu-Cersi ştatının Gəlirlər İdarəsi tərəfindən qeydə alınıb.

Şirkətin hüquqi ünvanı Məşhur Məmmədovun ailə üzvlərinin Nyu-York şəhərində yaşadıqları “335 Riverdale Dr Fort Lee, NJ 07024-4441” ünvanında yerləşir.

Həmçinin mediada gedən məlumatlara görə, millət vəkili Məşhur Məmmədovun övladları Mədinə Şahbazova və Məntiq Şahbazov Masallıda bağçalar inşa ediblər. Masallı əhər şəhər 1 saylı Uşaq bağçasına Mədinə Şahbazova, 4 saylı Uşaq bağçasına isə Məntiq Şahbazov rəhbərlik edir.

Mətbuatda gedən məlumatlara görə, ölkənin tanınmış mebel şirkəti olan “Embawood” MMC-nin sahibi Məşhur Məmmədovdur. Deputat seçildikdən sonra həmin irkətdən imtina etdiyini bildirsə də ailə üzvləri tərəfindən idarə edildiyi bildirlir.

Nəzərinə çatdıraq ki, mətinin hazırlanmasında saytlardan istifadə etmişik.(xeberal.az)

Mövzuya qayıdacağıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam