Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Ucar rayon İcra və Probasiya Şöbısinin rəisi Ziya Məmmədovdan şikayət var -FOTOLAR+VİDEO

       Ucar rayon İcra və Probasiya Şöbısinin rəisi Ziya Məmmədov vətəndaşları niyə narazı salır?  İDDİA - VİDEO/FOTO

Ucar rayonu Küçəkənd kənd sakini Fərzəliyev Mirbala Eynulla oğlu tərəfindən Yenixeber.org-un elektron poçtuna şikayət məktubu daxil olub.

Məktubda deyilir:
Mənim şikayətim Ucar rayon İcra və Probasiya Şöbısinin rəisi Ziya Məmmədovdandır.
Mən 2-ci dərəcəli əlil olmaqla Ucar rayonunda yerləşən Şirvan Təcrübə Stansiyasında məsləhətçi işləyirəm.Şirvan Təcrübə Stansiyasının “Əli Kommersiya” Şirkətinə borcu olması barədə məhkəmə qətnaməsi var.Borcuda yaradan stansiyanın keçmiş müdiri Arzu Hacıyev olmuşdur. Hazırda onun barəsində olan cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır.Həmin məhkəmə qətnaməsinin icrası ilə Ucar rayon İcra və Probasiya Şöbəsinin müdiri Şirvan Təcrübə Stansiyasının 75 ton taxılı olan anbarı bağlayıb üzərinə həbs qoyub.Hansı ki, həmin 75 ton taxıl yeni biçilib tam qurudulmadığı üçün ağzı bağlı anbarda tələf olur.
Azərbaycan Respublikasının heç bir qanunuda yoxdur ki. Tez xarab olan məhsulun üzərinə həbs qoyub ağzı bağlı anbarda saxlanılsın.Bu qanunsuzluğu isə Ucar rayon İcra və Probasiya Şöbəsinin rəisi Ziya Məmmədov edib.
Ziya Məmmədov həmçinin mənim özümün xeyrimə çxarılmış digər məhkəmə qətnaməsini tez icar edilməsi üçün məndən 100 manat rüşvət alıb.Bunu təsdiq edən konkret subutlarım var.
Sizdən xahiş edirəm şikayətimi yerində obyektiv araşdırıb 75 ton yeni biçilib qurudulmayan taxılın qzərinə həbs qoyub ağzı bağlı anbarda saxladan Ucar rayon İcra və Probasiya Şöbısinin rəisi Ziya Məmmədovun barəsinə qanunu tədbirlər görəsiniz.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam