Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Beyləqan xəstəxanasında qadınlara iynə vurulan otağa gizli kamera qoyulub –XƏSTƏXANANIN İŞÇİSİNDƏN ŞOK İDDİA

 Beyləqan rayon sakini Aydın Şükürlü tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.
Yenixeber.org: Şikayətçi iddia edir ki, onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasından qanunsuz yerə işdən çıxarırlar:
“Bildirim ki, hal-hazırda Beyləqan Rayon Mərkəzi Xəstəxanasında işləyirəm. Bu xəstəxanada qanunsuzluqlar baş alıb gedir. Burada mənə qanunsuz olaraq aktlar tərtib edilir və razılığım olmadan qanunsuz olaraq işdən çıxarmaq istəyirlər.
3 ildir ki, bu xəstəxanada çalışıram. İş saatından artıq işlədilirik, lakin əmək haqqımızda heç bir fərq olmur. Xəstəxananın rəhbərliyi ciddi qanunsuzluqlara yol verir.
İndiki zəmanədə iş tapmaq necə çətindir, bilirsiz. Heç bir səhvim olmadan məni işdən çıxarmaq istəyirlər. Sanki məni məcbur edirlər ki, canıma qəsd edim. Bir gün bu addımı atsam günahkar Təhlükəsizlik bölməsinin növbə rəisi Əliyev Asim və Beyləqan RMX-nın Publik hüquqi şəxsi Muradov Bayramdır.
Mən heç kəsdən artıq heç nə istəmirəm, hüquqlarımın bərpa olunmasını xahiş edirəm. Əliyev Asim qazi olduğu üçün Bayram həkim ondan ehtiyat edir və çirkin əməllərinə şərik olur.
Xəstə qadınların otaqlarına kameralar qoyublar, qadınlara iynə vurulması, əyinlərinin dəyişdirilməsi - hamısı kameraya düşür. Və bu kameraya Əliyev Asim baxır. Hətta ikisi birləşib qanunsuz aktlar tuturlar.



Qeyd edim ki, bəzi sənədlərin saxtalaşdırılması ilə də məşğul olurlar.
Səlahiyyətli qurumlardan xahiş edirəm ki, biz mühafizəçilərin haqlarının əlimizdən alınmasına imkan verməyin”.
Məsələ ilə bağlı Beyləqan Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.(“Hürriyyət”)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam